Venesuelada zəlzələ nəticəsində ölənlərin sayı 6300-ü keçib
Far.Az xəbər saytı

Venesuelada zəlzələ nəticəsində ölənlərin sayı 6300-ü keçib


Venesuelada dağıdıcı zəlzələ nəticəsində ölənlərin sayı 6 301 nəfərə çatıb.

"Far.Az" xəbər verir ki, bu barədə Venesuela Milli Assambleyasının sədri Xorxe Rodriqesin "Telegram" kanalında dərc olunmuş həftəlik bülletendə bildirilir.

Məlumata görə, əməliyyatlar zamanı 6 462 nəfər xilas edilib, 73 356 nəfər tibbi yardım alıb. Evsiz qalanlara 287 ev verilib, zədələnmiş 53 314 obyekt yoxlanılıb və qiymətləndirilib.

Xatırladaq ki, iyunun 25-nə keçən gecə Venesuelanın şimalında 7,1 maqnitudalı zəlzələ baş verib. ABŞ Geologiya Xidməti daha sonra 40 saniyə fərqlə 7,2 və 7,5 maqnitudalı daha iki yeraltı təkanın qeydə alındığını bildirib. Ölkə rəhbərliyi fövqəladə vəziyyət rejimi elan edib. Əsas təkanlardan sonra 1 500-ə yaxın afterşok qeydə alınıb.

Oxşar xəbərlər

Hava Hücumundan Müdafiə bölmələri üçün 20-yə yaxın yeni hərbi obyekt istifadəyə verilib
Venesuelada dağıdıcı zəlzələ nəticəsində azı 32 nəfər ölüb
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Bakıda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş "Türk Dünyası Həftəsi"nin açılış mərasimi olub
Bakıda obyektdə güclü PARTLAYIŞ - 7 nəfər xilas edilib, yaralılar var

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər