AMADA Azərbaycan Voleybol Federasiyasında maarifləndirici tədbir keçirib
Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) tərəfindən Azərbaycan Voleybol Federasiyasında yeniyetmə idmançılar, onların valideynləri və məşqçilərinin iştirakı ilə maarifləndirici görüş təşkil olunub.
Bu barədə "Far.Az"a AMADA-dan məlumat verilib.
Tədbir "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı"nın həyata keçirilməsi üzrə Tədbirlər Planının 8.4.12-ci bəndinin icrası, həmçinin AMADA ilə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu arasında imzalanmış Tədbirlər Planına uyğun olaraq keçirilib. Görüşün məqsədi gənc idmançıların narkotik vasitələr, psixotrop maddələr və dopinqin insan sağlamlığına, eləcə də idman karyerasına mənfi təsirləri barədə məlumatlandırılması olub.
AMADA-nın əməkdaşı çıxışında Azərbaycan qanunvericiliyi ilə qadağan edilmiş narkotik vasitələrdən istifadənin tibbi, sosial və hüquqi nəticələri, habelə dopinqin yaratdığı təhlükələr və qadağan olunmuş maddə və üsullarla mübarizə istiqamətində görülən tədbirlər barədə ətraflı məlumat verib. Görüş zamanı narkotik vasitələrdən istifadəyə səbəb olan risk amilləri, psixoaktiv maddələrin fiziki və psixi sağlamlığa mənfi təsiri, mövcud hüquqi mexanizmlər və profilaktik tədbirlərin əhəmiyyəti diqqətə çatdırılıb.
Eyni zamanda, dopinqdən istifadənin yarada biləcəyi fəsadlar, psixoloji problemlər, idmanda ədalətli rəqabət prinsiplərinin pozulması və antidopinq qaydalarının pozulmasına görə tətbiq olunan sanksiyalar barədə məlumat verilib.
Tədbirdə yeniyetmə voleybolçuların sağlam həyat tərzinə təşviqi, onların asudə vaxtının səmərəli təşkili və zərərli vərdişlərdən uzaq durmalarının vacibliyi də vurğulanıb.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb, mövzu ətrafında fikir mübadiləsi aparılıb.
Oxşar xəbərlər
Milli Məclisin parlamentlərarası əlaqələr üzrə işçi qruplarına rəhbərlər seçilib - SİYAHI
Bakıda Azərbaycan səhiyyəsi üçün önəmli tədbir keçirilib
İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib
AMADA antidopinq təlimçi proqramının iştirakçılarına sertifikatlar təqdim edib
SOCAR-ın təşkilatçılığı, "Neftçi" və "Galatasaray" klublarının tərəfdaşlığı ilə şəhid və qazi övladları üçün "Futbol günü" adlı tədbir keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İraq Saddam Hüseynin təyyarəsini satışa çıxarıb
-
ABŞ Konqresinin Nümayəndələr Palatasında demokratlar 258 yer qazanıb
-
ABŞ-nin Ukrayna üçün təhlükəsizlik zəmanətlərinin şərtləri bəlli olub
-
BMT-nin Baş katibi COP31-dən sonra Türkiyəyə təşəkkür edib
-
Tramp demokratları ABŞ fond bazarının 6 trilyon dollar itirməsində günahlandırıb
-
Ad günündən qayıdan Ada Süleyman faciəli şəkildə öldü - TƏFƏRRÜAT













