Masazırda futbol azarkeşləri arasında baş vermiş insidentlə bağlı cinayət işi başlanıb
Far.Az xəbər saytı

Masazırda futbol azarkeşləri arasında baş vermiş insidentlə bağlı cinayət işi başlanıb


Abşeron rayonunda futbol azarkeşləri arasında baş vermiş insidentlə bağlı cinayət işi başlanıb.

"Far.Az" xəbər verir ki, avqustun 11-də Masazır qəsəbəsində yerləşən "Bank Respublika Arena" stadionunun qarşısında futbol klublarının azarkeşləri arasında baş vermiş insidentlə bağlı araşdırmalar davam etdirilir.

Faktla bağlı Abşeron Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb və hadisə iştirakçıları tutularaq istintaqa cəlb olunub.

Araşdırmalar davam etdirilir.

Qeyd edək ki, ötən gün "Sabah" komandası UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində Danimarka təmsilçisi "Orhus"u mübarizədən kənarlaşdırıb.

Səfərdə 1:2 hesabı ilə uduzan komanda evdə rəqibini 4 cavabsız qolla üstələyib.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Bakı Olimpiya Stadionunun ərazisində WUF13 ilə bağlı görülən işlərlə tanış olub
SOCAR-ın təşkilatçılığı, "Neftçi" və "Galatasaray" klublarının tərəfdaşlığı ilə şəhid və qazi övladları üçün "Futbol günü" adlı tədbir keçirilib
DÇ-2026-nın ən cazibədar xanım azarkeşləri
Masazır əhalisinə ŞAD XƏBƏR - artıq YEKUNLAŞIR
Prezident İlham Əliyev Gəncə Stadionunun açılışında iştirak edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər