Vüqar Bayramov: "Naxçıvanda sənaye müəssisələrinin sayının artması biznes mühiti ilə bağlıdır" - RƏY
Far.Az xəbər saytı

Vüqar Bayramov: "Naxçıvanda sənaye müəssisələrinin sayının artması biznes mühiti ilə bağlıdır" - RƏY


Naxçıvan Muxtar Respublikasında sənaye müəssisələrinin sayındakı artım biznes mühitinin yaxşılaşması ilə bağlıdır.

Bunu "Far.Az"a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib.

Onun sözlərinə görə, son illər bölgədə aparılan instutisional və kadr islahatları iqtisadiyyatın daha da güclənməsinə və eyni zamanda sənaye müəssisələri daxil olmaqla yeni strateji obyektlərin sayının artmasına gətirib çıxarıb: "İşğaldan azad olunmuş ərazilərimizdə tətbiq edilən güzəşt mexanizmləri bu ildən muxtar respublikada da qüvvədədir. Naxçıvanda fəaliyyət göstərən və sərmayə qoyuluşu həyata keçirən sahibkarlar praktik olaraq bütün əsas vergilərdən azaddır. Vergi güzəştləri ilə yanaşı, eyni zamanda sosial ödənişlərin bir hissəsini dövlət kompensasiya edir. Bu da təbii ki, Naxçıvandakı sahibkarların dövlət səviyyəsində daha yaxşı dəstəklənməsinə imkan yaradır. Bu kontekstdən biz orada iqtisadiyyatın artıq yeni ərhələyə qədəm qoymasını müşahidə edirik. Bütövlükdə muxtar respublikada fəaliyyət göstərən sənaye müəssisələrinin sayında artımlar müşahidə olunur. Əgər 2020-ci ildə Naxçıvanda 109 sənaye müəssisəsi fəaliyyət göstərirdisə hazırda bu göstərici 130-a çatıb. Bu, birbaşa olaraq biznes mühitinin yaxşılaşması və bu istiqamətdə dövlət dəstəyinin artırılması ilə bağlıdır".

O, Naxçıvanın enerji təhlükəsizliyinin təmin olunması ilə yanaşı, bu bölgə vasitəsilə Azərbaycan elektrik enerjisinin daha geniş coğrafiyaya - yeni bazarlara çıxarılıcağını qeyd edib: "Prezident İlham Əliyevin ötən gün Naxçıvana səfəri zamanı qeyd etdiyi kimi, muxtar respublika həm enerji təhlükəsizliyi, həm də bütövlükdə Azərbaycanın ayrılmaz tərkib hissəsi olaraq nəqliyyat-logistika və digər istiqamətlərdə bölgədə xüsusi əhəmiyyətə malikdir. Artıq Naxçıvan vasitəsilə daşınan yüklərin həcmində artımlar müşahidə olunur. Cari il ərzində avtomobil nəqliyyatı ilə bu ərazi vasitəsilə 7 milyon 140 min ton yük daşınıb. Zəngəzur dəhlizi istifadəyə veriləndən sonra bu Naxçıvan vasitə ilə daha çox yüklərin daşınmasına və Azərbaycanın digər bölgələrinin həm Türkiyə, həm də Avropa bazarına daxil olmasına imkan yaranacaq. Eyni zamanda Azərbaycanın yalnız ənənəvi deyil, həm də digər strateji məhsulların, o cümlədən elektrik enerjisinin ixracını həyata keçirə biləcək. Enerji istehlakında da artımlar var. Hazırda illik istehlak 147 milyon kilovat-saatdır. Təbii qazın illik istehlakı isə 127 milyon kubmetrdir və hər iki rəqəm əvvəlki illərlə müqayisədə çoxdur. Bu, sənayenin enerji tələbinin artması ilə bağlıdır".

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Şahin Bağırov: "Azərbaycanın gömrük sistemi elə bir səviyyəyə çatıb ki, təcrübəsini digər dövlətlərə təqdim edir" – MÜSAHİBƏ
Şahin Bağırov: "Azərbaycanın gömrük sistemi elə bir səviyyəyə çatıb ki, təcrübəsini digər dövlətlərə təqdim edir"

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər