Uzun illər blokadada olan Naxçıvanın qarşısında indi yeni imkanlar açılıb
Naxçıvan Azərbaycanın dövlətçilik tarixində xüsusi yeri olan bölgələrdən biridir. Uzun illər blokada şəraitində olan muxtar respublika ciddi sosial və iqtisadi çətinliklərlə üzləşib. Buna baxmayaraq, Naxçıvan öz inkişafını qoruyub və bu gün qarşısında yeni imkanlar açılıb.
BAKU.WS xəbər verir ki bu fikirləri "Report"a açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov deyib.
Deputat qeyd edib ki, bu baxımdan, Ulu Öndər Heydər Əliyevin Naxçıvandakı fəaliyyətini xüsusi qeyd etmək lazımdır:
"1990-cı illərin əvvəllərində Naxçıvanın olduqca mürəkkəb vəziyyətdə olduğu bir vaxtda Heydər Əliyevin buraya qayıdışı mühüm tarixi hadisə idi. Onun rəhbərliyi ilə muxtar respublikanın təhlükəsizliyinin və sosial sabitliyinin qorunması, blokadanın yaratdığı çətinliklərin aradan qaldırılması istiqamətində mühüm addımlar atıldı. Eyni zamanda, Naxçıvanın dövlətçilik ənənələrinin qorunması və möhkəmləndirilməsi üçün mühüm qərarlar qəbul edildi.
Bu gün həmin siyasi xətt Prezident İlham Əliyev tərəfindən yeni mərhələdə davam etdirilir. Prezidentin Naxçıvana göstərdiyi diqqət və imzaladığı sərəncamlar muxtar respublikanın sosial-iqtisadi inkişafına ciddi dəstək verib. Son illərdə burada yol-nəqliyyat infrastrukturu yenilənib, sosial obyektlər inşa olunub, müxtəlif iqtisadi layihələr həyata keçirilib".
A. Hüseynov vurğulayıb ki, Prezident İlham Əliyevin Naxçıvana dünənki səfəri də bu baxımdan mühüm əhəmiyyət daşıyır:
"Bu səfəri yalnız görülən işlərin qiymətləndirilməsi kimi deyil, Naxçıvanın gələcək inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi baxımından da dəyərləndirmək olar. Prezidentin səfər çərçivəsində verdiyi mesajlar göstərir ki, Naxçıvanın qarşıdakı inkişafında iqtisadi fəallığın artırılması, infrastruktur imkanlarının genişləndirilməsi və muxtar respublikanın regional əlaqələrinin gücləndirilməsi əsas istiqamətlərdən olacaq".
Naxçıvanın iqtisadi potensialının bununla məhdudlaşmadığını söyləyən deputat əlavə edib ki, sənaye, kənd təsərrüfatı, turizm və xidmət sektorunda yeni layihələrin həyata keçirilməsi üçün geniş imkanlar var.
Oxşar xəbərlər
Həyatda yaxşı şeyləri niyə görmürük? - Tanınmış simaların FİKİRLƏRİ
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Sədərək-Binə yolunda lampa daşıyan yük maşını kül oldu
-
ABŞ hərbçiləri Oman körfəzində yük gəmisini vurub
-
"Sabah"ın UEFA Çempionlar Liqasının pley-off mərhələsindəki rəqibi müəyyənləşib
-
Bu gün Beynəlxalq Gənclər Günüdür
-
Maltada Etna vulkanının kül buluduna görə onlarla aviareys ləğv edilib
-
Vaşinqtonda Azərbaycan, ABŞ və Ermənistan diplomatlarının üçtərəfli görüşü keçirilib













