Ali məktəblərə qəbulda keçid balları açıqlanıb
Ali təhsil müəssisələrinə qəbul üzrə müsabiqəyə (həm dövlət sifarişi əsasında, həm də ödənişli əsaslarla qəbul aparılan yerlər üzrə) ümumi balı 200-dən, imtahanın ikinci mərhələsi üzrə balı 100-dən az olmayan abituriyentlər buraxılır. Bununla yanaşı, müəyyən ixtisaslar üzrə tətbiq edilən tələblər qismən fərqlidir.
Dövlət İmtahan Mərkəzindən Far.Az-ə bildirilib ki, riyaziyyat, fizika və kompüter elmləri ixtisasları üzrə müsabiqəyə ümumi balı 250-dən, imtahanın ikinci mərhələsi üzrə balı 100-dən az olmayan abituriyentlər buraxılır.
Dövlət ali təhsil müəssisələrinin (ADA Universiteti, Bakı Ali Neft Məktəbi, Sumqayıt Dövlət Universiteti və Mingəçevir Dövlət Universiteti istisna olmaqla) tədrisi ingilis dilində olan ixtisaslarının müsabiqəsinə qəbul imtahanının birinci mərhələsində ingilis dili fənni üzrə nisbi balı 40-dan az olmayan abituriyentlər buraxılır.
Xatırladaq ki, ali təhsil müəssisələrinə ixtisas seçimi avqustun 19-dək davam edəcək.
Oxşar xəbərlər
II və III ixtisas qrupları üzrə ali məktəblərə qəbul imtahanı keçirilib
Bu gün abituriyentlər I və IV ixtisas qrupları üzrə imtahan veriblər
200 və aşağı bal toplayanlar bu ixtisaslarda oxuyur - SİYAHI
DİM: 57 236 nəfər ali təhsil müəssisələrinə qəbul olunub
Baku TV-nin "Rəqəmsal Media Məktəbi"ndə doqquzuncu qrup məzunlarına sertifikatlar təqdim olunub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Şəkidə sel fəsadlara səbəb olub
-
Masazırda "Sabah" və "Orhus" azarkeşləri arasında baş vermiş İNSİDENTİN GÖRÜNTÜLƏRİ
-
Gəncədə yolu keçmək istəyən piyadanı maşın vuraraq öldürüb
-
"Mançester Siti" futbolçusu Kalvin Fillipsi icarəyə verib
-
Türkiyə ilə Liviya arasında hərbi məsləhətləşmələr aparılıb
-
UEFA Superkubokunun qalibi müəyyənləşib













