Azərbaycanda unun topdansatış qiyməti AÇIQLANDI - SİYAHI
Azərbaycanda avqustun 10-dan etibarən 50 kiloqramlıq un kisəsinin topdansatış qiymətləri açıqlanıb. Qiymətlər istehsalçıdan asılı olaraq 26,50-29,40 manat arasında dəyişir.
Far.Az xəbər verir ki, Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin məlumatlarına əsasən, ən ucuz un "Dəvəçi-Taxıl" MMC-də 26,50 manata, ən bahalı un isə "Azeri-Arapoğlu U.S. və T.LTD" BM-də 29,40 manata satılır.
"Dəvəçi-Dəyirman" MMC-də 50 kiloqramlıq un kisəsinin qiyməti 27,20 manat, "ATS MİLL" və "Qarabağ un" MMC-lərdə 28 manat təşkil edir.
"Anadoluqida", "AVETA", "KARAT HOLDİNQ" və "Ungrano" MMC-lərdə qiymət 28,60 manatdır. "Gəncə Dəyirman" MMC-də 28,80 manat, "Nural" MMC-də 28,75 manat, "Orxan UN" və "Sarı Sünbül" MMC-lərdə isə 28,70 manat müəyyənləşdirilib.
"Taxıl AQRO" MMC-də 50 kiloqramlıq un kisəsinin topdansatış qiyməti 28,30 manat, "Osmanlı Taxıl" MMC-də 29,20 manatdır.
"Bakı Taxıl Terminalı", "Dəniz un sənayesi LTD", "Hazartürk LTD", "Karmen", "Xırman", "SKY AGRO", "Sünbül 2012", "Ağsu Taxıl", "Avrora", "Nadir Quliyev adına Bakı-Taxıl", "PAK-NUR" və digər istehsalçılarda isə qiymət 28,50 manat səviyyəsindədir.
Müqayisə üçün qeyd edək ki, ilin əvvəlində 50 kiloqramlıq unun topdansatış qiymətləri 26,10-28,60 manat arasında dəyişirdi. Beləliklə, qiymətin aşağı həddi 40 qəpik, yuxarı həddi isə 80 qəpik artıb.
Oxşar xəbərlər
Ət əvəzinə hamı balıq alır - Bazarda SON QİYMƏTLƏR
Bakıda yanğın təhlükəsizliyi pozulan topdansatış mağazası bağlandı
Azərbaycana xaricdən gətirilən UCUZ ƏTLƏR: 11 manatdan başlayır
Bakı və Abşeronda unun topdansatış qiyməti azalıb
Bakıda 4 otaqlı ev 118 800 manatdan - Ucuz mənzillərin satışı başladı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bakıda 3 küçədə yollar bağlanacaq - Təmir işlərinə görə
-
KMBİ qanunsuz dövriyyəsi 10 milyon manat olan daha bir onlayn mərc şəbəkəsini ifşa etdi
-
Sakinlər imdad dilədilər: "Ən pis yer-yurd buradır, səsimizi çatdırın"
-
Kolumbiyada 7,4 bal gücündə zəlzələ: 55 ölü var - DƏHŞƏTLİ KADRLAR
-
Tramp: ABŞ Hörmüz boğazını minalardan tamamilə təmizləyib
-
ABŞ, Ermənistan və Azərbaycan Sülh Sammitinin ildönümü ilə bağlı Birgə Bəyanat yayıb













