Bakı Qızlar Universitetinin müəllimləri işlə təmin olunacaqlar?
Bakı Qızlar Universitetinin onlarla müəllimi, eyni zamanda texniki işçisi işini itirmək təhlükəsi yaşayır.
Far.Az Xezerxeber.az-a istinadən xəbər verir ki, Bakı Qızlar Universitetində oxuyan tələbələrin digər özəl universitetlərə köçürülməsi haqda qərar verilib, lakin qərar bir çox müəllimə eləcə də texniki işçiyə şamil edilməyib.
Müəllimlər deyirlər ki, onları həm tələbələrdən ayrılmaq, həm də işsiz qalmaq narahat edir.
Məsələ ilə bağlı Elm və Təhsil Nazirliyindən bildirildi ki, Bakı Qızlar Universitetində 110 nəfərdən çox şəxs pedaqoji fəaliyyətə cəlb olunub. Tədrisə cəlb olunan şəxslərin yarısından çoxunun elmi dərəcəsi yoxdur. Eyni zamanda, onların əksəriyyətinin əsas iş yeri digər ali təhsil müəssisələridir. Bu səbəbdən universitetin təhsil fəaliyyətinin dayandırılması həmin şəxslərin əsas iş yerlərinin itirilməsi ilə nəticələnməyəcək. Universitetin ştatında çalışan əməkdaşlar isə digər təhsil müəssisələrində mövcud vakant vəzifələr üzrə müraciət edə bilərlər. Elm və Təhsil Nazirliyi də öz növbəsində məsələ ilə bağlı müvafiq ali təhsil müəssisələrinə tövsiyə verəcək.
Mövzu ilə bağlı daha ətraflı videomaterialda:
Oxşar xəbərlər
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
İlham Əliyev Şuşanın Qarabağ küçəsində dövlət-özəl tərəfdaşlığı çərçivəsində həyata keçirilmiş işlərlə tanış olub
FHN tərəfindən "Yaz-yay fəsillərində sel təhlükəsi" mövzusunda növbəti tədbirlər keçirilib
Nazirlik sel təhlükəsi zamanı qorunmağın yollarını göstərdi
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
XÜSUSİ TƏKLİFLƏR - BAKUCARS ilə Bakıda avtomobil icarəsində sərfəli fürsətlər
-
ABŞ-da faydalı qazıntıların hasilatına 3 milyard dollar investisiya qoyulacaq
-
Valideynlərə müraciət: Erkən evlilik uşağın gələcəyinin əlindən alınması deməkdir
-
"Matrix" filminin yeni hissəsi çəkiləcək
-
Akın Gürlek: Terror probleminin sona çatmasına az qalıb
-
İspaniya İtaliyadan gələnlər üçün daxili sərhədlərdə nəzarət tətbiq edəcək













