Qırğızıstan COP29-da dağlıq rayonların dayanıqlı inkişafı layihəsini təqdim edəcək
Far.Az xəbər saytı

Qırğızıstan COP29-da dağlıq rayonların dayanıqlı inkişafı layihəsini təqdim edəcək


Qırğızıstan COP29-da dağlıq rayonların dayanıqlı inkişafı layihəsini təqdim edəcək.

"Far.Az"un Bişkekə ezam olunmuş əməkdaşının məlumatına görə, bunu Qırğızıstanın xarici işlər naziri Jeenbek Kulubayev Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin Xarici İşlər Nazirləri Şurasının iclasının açılışında bildirib.

"Qlobal iqlim dəyişikliyi dayanıqlı inkişafı təhdid edir və Qırğızıstan beynəlxalq səviyyədə dağlıq ərazilərlə bağlı gündəliyini irəli sürür", - nazir vurğulayıb.

O, həmçinin Azərbaycana COP29-un keçirilməsində uğurlar arzulayıb və TDT tərəfindən təşəbbüsün dəstəklənəcəyinə ümidvar olduğunu bildirib:

"Ümid edirəm ki, Bakıda keçiriləcək COP29-da bu təşəbbüsü dəstəkləyəcəksiniz. Mən həmçinin Azərbaycan və Braziliyaya (COP30 konfransı Braziliyanın Belem şəhərində keçiriləcək - red.) bu mühüm tədbirlərin keçirilməsində uğurlar arzulayıram. Sizi noyabrın 13-də dağlıq ərazilərlə bağlı gündəlik və iqlim məsələləri üzrə yüksək səviyyəli iclaslarda iştirak etməyə dəvət edirəm".

Oxşar xəbərlər

Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib - YENİLƏNİB-2
Daşkənddə Azərbaycan və Özbəkistan prezidentlərinin işgüzar dairələrin nümayəndələri ilə görüşü keçirilib - YENİLƏNİB - 2
Ceyhun Bayramov: Ortaq əlifba türk dövlətlərinin əməkdaşlığına töhfə verəcək  - YENİLƏNİB 2
TDT-nin növbəti nazirlər toplantısı Azərbaycanda keçiriləcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər