Uşaqlıq dostları DNT testi ilə bacı olduqlarını öyrəniblər
Hindistanda uşaq evlərinə verilən və daha sonra Niderlandda fərqli himayədar ailələr tərəfindən övladlığa götürülən iki qadın illər sonra bioloji bacı olduqlarını öyrəniblər.
Far.Az xarici mediaya istinadən xəbər verir ki, 43 yaşlı Meena Geltink və 44 yaşlı Minal Tijssen bir-birindən xəbərsiz şəkildə Niderlandın müxtəlif şəhərlərində böyüyüblər. Onlar 1996-cı ildə övladlığa götürülmüş uşaqlar üçün keçirilən tədbirdə tanış olublar.
Fiziki oxşarlıqları və aralarındakı güclü bağ səbəbilə yaxın dost olan Meena və Minal bir-birlərinə zarafatla "bacı" deyə müraciət ediblər. Lakin sonradan əlaqələri kəsilib və 15 il ərzində görüşməyiblər.
Bu ilin aprelində keçirilən DNT testi nəticəsində onların bioloji bacı olduğu 100 faiz uyğunluqla təsdiqlənib.
Minal telefonuna gələn bildirişdə "bacı" sözünü gördükdə böyük təəccüb yaşadığını bildirib. Daha sonra sosial şəbəkələrdəki fotolardan bacısının illər əvvəlki uşaqlıq dostu Meena olduğunu müəyyənləşdirib.
Meena isə görüşdən sonra özünü "evindəki kimi" hiss etdiyini deyib. Bacılar həqiqəti öyrəndikləri gündən etibarən hər gün əlaqə saxlayırlar.
Oxşar xəbərlər
İlham Əliyev Xocavəndin Xanoba kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olub
Prezident İlham Əliyev Bakı Olimpiya Stadionunun ərazisində WUF13 ilə bağlı görülən işlərlə tanış olub
Media nümayəndələri Bakı Olimpiya Stadionunda WUF13-lə bağlı görülən işlərlə tanış olublar
Leyla Əliyeva, Arzu Əliyeva və Alyona Əliyeva "Təmiz Dünya" sığınacağındakı uşaqların bayram sevincinə şərik olublar
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Şəkidə sel fəsadlara səbəb olub
-
Masazırda "Sabah" və "Orhus" azarkeşləri arasında baş vermiş İNSİDENTİN GÖRÜNTÜLƏRİ
-
Gəncədə yolu keçmək istəyən piyadanı maşın vuraraq öldürüb
-
"Mançester Siti" futbolçusu Kalvin Fillipsi icarəyə verib
-
ABŞ-də hərbi helikopter qəzaya uğrayıb, iki nəfər ölüb
-
UEFA Superkubokunun qalibi müəyyənləşib













