Bu ixtisas qrupu üzrə müsabiqə gərgin keçəcək
Far.Az xəbər saytı

Bu ixtisas qrupu üzrə müsabiqə gərgin keçəcək


Qəbul imtahanlarında I ixtisas qrupunu seçən abituriyentlər bu il digər qruplarla müqayisədə daha böyük üstünlüklərə malikdirlər.

BAKU.WS Xəzər TV-yə istinadən xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin sədri Məleykə Abbaszadə deyib.

DİM sədri I ixtisas qrupunda pulsuz təhsil imkanlarının geniş olduğunu xüsusi vurğulayıb. O bildirib ki, I ixtisas qrupu üzrə ümumi 20150 plan yeri ayrılıb ki, bunlardan 15200 tələbə dövlət sifarişi əsasında təhsil alacaq. Rİ altqrupunda plan yerlərinin sayı 7440, bu altqrupda iştirak edən abituriyentlərin sayı isə 8 min nəfər olduğundan müsabiqə gərgin keçəcək.

Dövlət İmtahan Mərkəzinin sədri bildirib ki, II ixtisas qrupunda bu il plan yerlərinin sayı 1000-ə qədər artırılıb. Bu ixtisas qrupunda 16 min plan yeri ayrılıb və 7983 abituriyent müsabiqəyə buraxılır. Bu abituriyentlər düzgün ixtisas seçimi etsələr ali məktəblərə qəbul olmaq şansları kifayət qədər yüksəkdir. 150 baldan yuxarı nəticə göstərənlərin sayı isə 13900 nəfərdir.

DİM sədri bildirib ki, bu ixtisas qrupunda subbakalavrlar üçün kifayət qədər yer qalacaq.

O, III ixtisas qrupu üzrə bu il də müsabiqınin gərgin keçəcəyini vurğulayıb.

Dövlət İmtahan Mərkəzinin sədri bildirib ki, 4-cü ixtisas qrupu üzrə Tibb ixtisasında müsabiqə balının 20 baladək artması gözlənilir. Məleykə Abbaszadə ixtisas seçimi zamanı abituriyentlərin diqqət etməli olduğu əsas məqamları açıqlayıb. Sədr qeyd edib ki, abituriyentin istədiyi ixtisasa ondan daha yüksək nəticə göstərən şəxslər qəbul oluna bilər və bu halda həmin ixtisasa yer çatmaya bilər. Lakin abituriyentin istədiyi ixtisası ərizəsində qeyd etdiyi halda ondan daha aşağı nəticə göstərən şəxs həmin ixtisasa qəbul edilə bilməz.

Oxşar xəbərlər

Bu gün abituriyentlər I və IV ixtisas qrupları üzrə imtahan veriblər
Məleykə Abbaszadə: "İmtahanlara müdaxilə cəhdi əvvəlki illərdə də olub"
İlham Əliyev Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinin açılışında iştirak edib
DİM: 57 236 nəfər ali təhsil müəssisələrinə qəbul olunub
DİM yeddi imtahan keçirib, doqquz nəfərdə telefon aşkarlanıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər