Moskvada işsizlik səviyyəsi 70 % artıb
Far.Az xəbər saytı

Moskvada işsizlik səviyyəsi 70 % artıb


Moskvada aprel-iyun aylarında işsizlərin sayı il ərzində 70 % artaraq 98 min nəfərə çatıb.

"Report" xəbər verir ki, bu, Rusiya Federal Dövlət Statistika Xidmətinin ("Rosstat") məlumatları əsasında "İzvestiya"nın hesablamalarından məlum olur.

Məlumata görə, 2026-cı ilin iyununda Rusiyada orta işsizlik səviyyəsi 2,2 % təşkil edib, lakin bir sıra iri regionlarda rəsmi işlə təmin olunmayanların sayı nəzərəçarpacaq dərəcədə artıb. Belə ki, Rusiya paytaxtında işsizlərin göstəricisi 0,8 %-dən 1,3 %-ə yüksəlib. Moskva vilayətində rəsmi işlə təmin olunmayanların sayı üçdə birdən çox artaraq 88,5 min nəfərə, göstərici isə 1,8 %-ə çatıb.

Sverdlovsk vilayətində də əhəmiyyətli artım qeydə alınıb, burada işsizlərin sayı 84 % artaraq 56,8 min nəfərə çatıb. Çelyabinsk vilayətində göstərici dörddə birdən çox artaraq 36,7 minə, Kemerovo vilayətində isə iş axtaranların sayı 8,6 min nəfərə çatıb.

Ekspertlər işsizliyin artmasını investisiyaların qarşısını alan və şirkətləri xərcləri azaltmağa məcbur edən yüksək uçot dərəcəsi ilə əlaqələndirirlər. Avtomatlaşdırma və süni intellektin tətbiqi, Kemerovo vilayəti və Komidə isə kömür sənayesindəki problemlər əlavə amillər olub. Sverdlovsk və Çelyabinsk vilayətlərindəki vəziyyətə metallurgiyadakı tənəzzül də təsir göstərir.

II rübdə ən aşağı işsizlik səviyyəsi Kaluqa və Nijni Novqorod vilayətlərində – hər biri üzrə 0,9 %, ən yüksək isə göstəricinin 22,6 %-ə çatdığı İnquşetiyada qeydə alınıb.

"İzvestiya"nın sorğu keçirdiyi mütəxəssislərin proqnozlarına görə, dekabr ayınadək Rusiyada orta işsizlik səviyyəsi 2,4–2,5 %-ə qədər arta bilər.

Oxşar xəbərlər

Cənubi Qafqaz statistikası: Ən aşağı işsizlik göstəricisi Azərbaycanda
Rövşən Nəcəf bir sıra xarici şirkətlə əməkdaşlıq imkanlarını müzakirə edib
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər