NHK: Yaponiya Putinin Kuril adalarına səfərinə cavab tədbirlərini nəzərdən keçirir
Yaponiya hökuməti Rusiya Prezidenti Vladimir Putinin Kuril adalarının cənub hissəsinə səfəri ilə əlaqədar mümkün cavab tədbirlərinin variantlarını öyrənir.
"Report" xəbər verir ki, bu barədə Yaponiya İctimai Televiziyası (NHK) məlumat yayıb.
Qeyd olunub ki, variantlardan biri kimi Ukraynadakı müharibəyə görə Yaponiya tərəfindən tətbiq edilən anti-Rusiya sanksiyalarının gücləndirilməsi nəzərdən keçirilir.
NHK proqnozlaşdırıb ki, onsuz da soyumuş Yaponiya-Rusiya münasibətləri daha da pisləşəcək.
Daha əvvəl Yaponiya XİN Putinin İturup adasına səfəri ilə əlaqədar Rusiyanın Tokiodakı səfiri Nikolay Nozdryovu çağırıb.
Yaponiyada Kuril adalarının cənub hissəsini "şimal əraziləri" adlandırırlar. Yaponiya dörd adaya iddia edir: Kunaşir, İturup, Şikotan və Habomai qrupu. Rusiya hesab edir ki, bu adalar üzərində suverenlik ona təsbit edilib və mübahisələndirilə bilməz. Ölkələr arasında sülh müqaviləsi üzrə danışıqlar Tokionun tətbiq etdiyi anti-Rusiya sanksiyalarına cavab olaraq 2022-ci ildə Moskva tərəfindən dayandırılıb.
Oxşar xəbərlər
Putinin Kuril adalarına səfəri ilə əlaqədar Rusiya səfiri Yaponiya XİN-ə çağırılıb - YENİLƏNİB
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Gecə baş verən meteor yağışı Azərbaycanda belə izlənib - MARAQLI GÖRÜNTÜLƏR
-
"28 May"–"Nizami" xətti bağlanır: Sabahdan 6 yeni ekspres avtobus işləyəcək
-
Qurban Qurbanov: "Rəqibi topsuz qoymağa çalışırdıq"
-
Hacıqabulda avtomobilin vurduğu piyada ölüb
-
İsveç parlamenti cinayət məsuliyyəti yaşının 14-ə qədər endirilməsinə səs verib
-
ABŞ dronların idxalına rüsumlar tətbiq edib













