Putinin Kuril adalarına səfəri ilə əlaqədar Rusiya səfiri Yaponiya XİN-ə çağırılıb - YENİLƏNİB
Rusiya Prezidenti Vladimir Putinin İturup adasına səfəri ilə əlaqədar bu ölkənin Tokiodakı səfiri Nikolay Nozdryov Yaponiya Xarici işlər Nazirliyinə (XİN) çağırılıb.
"Far.Az" xəbər verir ki, bu barədə "Kyodo" agentliyi məlumat yayıb.
Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin bu gün ilk dəfə İturup adasına səfər edib.
Yaponiya Prezident Vladimir Putinin İturup adasına səfəri ilə əlaqədar Rusiyaya qəti etirazını bildirib.
"Far.Az" xəbər verir ki, bu barədə Yaponiyanın xarici işlər naziri Tosimitsu Moteqi "X" sosial şəbəkəsində yazıb.
"Bu gün mənə məlumat verdilər ki, Rusiya Prezidenti Putin İturup adasına səfər edib. Şimal əraziləri, o cümlədən İturup adası həm tarixi, həm də beynəlxalq hüquq baxımından əzəli Yaponiya ərazisidir və Yaponiya hökuməti bu səfərlə əlaqədar qəti etirazını bildirir", - T.Moteqi qeyd edib.
Qeyd edək ki, V.Putin bu gün Hokkaydo adasının yaxınlığındakı Böyük Kuril cərgəsinə daxil olan İturup adasına ilk dəfə səfər edib.
Yaponiyada Kuril adalarının cənub hissəsi "Şimal əraziləri" adlandırılır. Yaponiya dörd adaya iddia edir: Kunaşir, İturup, Şikotan və Habomay qrupu. Rusiya hesab edir ki, bu adalar üzərində suverenlik ona məxsusdur və mübahisələndirilə bilməz. Tokionun Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalara cavab olaraq, Moskva 2022-ci ildə iki ölkə arasında sülh müqaviləsi üzrə danışıqları dayandırıb.
Oxşar xəbərlər
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
Prezident İlham Əliyev Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində iştirak edib
Prezident İlham Əliyev Xocalı Soyqırımı Memorialının açılışında iştirak edib - YENİLƏNİB-4
Lökbatandakı yanğına helikopterlər indiyədək 200 ton su töküb - YENİLƏNİB-4
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Şəkidə sel fəsadlara səbəb olub
-
Masazırda "Sabah" və "Orhus" azarkeşləri arasında baş vermiş İNSİDENTİN GÖRÜNTÜLƏRİ
-
Gəncədə yolu keçmək istəyən piyadanı maşın vuraraq öldürüb
-
"Mançester Siti" futbolçusu Kalvin Fillipsi icarəyə verib
-
ABŞ-də hərbi helikopter qəzaya uğrayıb, iki nəfər ölüb
-
UEFA Superkubokunun qalibi müəyyənləşib













