Pakistan, Azərbaycan və Qazaxıstan birgə əməkdaşlıq perspektivlərini müzakirə edir
Far.Az xəbər saytı

Pakistan, Azərbaycan və Qazaxıstan birgə əməkdaşlıq perspektivlərini müzakirə edir


Pakistan, Azərbaycan və Qazaxıstan turizm, ticarət və mədəni mübadilə sahələrində əməkdaşlığı genişləndirmək üçün əhəmiyyətli potensiala malikdir.

"Report" Pakistan mediasına istinadən xəbər verir ki, bu barədə ölkənin Baş nazirinin turizm üzrə xüsusi köməkçisi Sərdar Yasir İlyas Xan ölkədəki diplomatik missiyalarını başa vuran Azərbaycan səfiri Xəzər Fərhadov və Qazaxıstan səfiri Yerjan Kistafinin şərəfinə verilən vida şam yeməyində bildirib.

Sərdar Yasir Pakistan, Qazaxıstan və Azərbaycan arasında turizm, ticarət və mədəni mübadilə sahələrində əməkdaşlığın genişləndirilməsi üçün əhəmiyyətli potensialın olduğunu qeyd edərək, bu istiqamətlərin ölkələr arasında qardaşlıq və tarixi münasibətlərin daha da inkişaf etdirilməsi üçün vacib olduğunu bildirib.

Onun sözlərinə görə, Pakistan bu iki ölkə ilə daha sıx qarşılıqlı fəaliyyətdən, xüsusilə də turizm əlaqələrinin genişləndirilməsi, ticarətin təşviqi və xalqlar arasında təmasların möhkəmləndirilməsi hesabına əlavə iqtisadi və mədəni faydalar əldə edə bilər.

Sərdar Yasir həmçinin Fərhadov və Kistafinin ikitərəfli münasibətlərin möhkəmləndirilməsinə və Pakistanın Qazaxıstan və Azərbaycanla əməkdaşlığının dərinləşməsinə verdiyi töhfəni qeyd edib.

Səfirlər səmimi qəbula görə baş nazirin köməkçisinə təşəkkür edib və diplomatik missiyaları dövründə göstərdiyi dəstəyə görə Pakistana minnətdarlıqlarını bildiriblər.

Oxşar xəbərlər

Əminə Yusifqızı ilə vida mərasimi başa çatıb
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
İlham Əliyev və Sərdar Berdiməhəmmədov Şuşada Bülbülün ev-muzeyində olublar

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər