Kəlbəcərdə mina partlayıb, 73 yaşlı şəxsin ayağı amputasiya olunub
Far.Az xəbər saytı

Kəlbəcərdə mina partlayıb, 73 yaşlı şəxsin ayağı amputasiya olunub


Kəlbəcər rayonunun Sarıyel kəndi ərazisində baş verən partlayış səbəbilə avqustun 14-də saat 03:30 radələrində 1953-cü il təvəllüdlü şəxs (kişi) Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxanaya hospitalizasiya olunub.

Far.Az apa-ya istinadən xəbər verir ki, bu barədə TƏBİB-dən bildirilib.

"Sağ topuq nahiyəsinin amputasiyası diaqnozu təyin edilən pasiyentə zəruri tibbi xidmətlər göstərilib. Hazırda müalicəsi davam etdirilir, vəziyyəti orta ağırdır", məlumatda deyilir.

***13.08.2026 19:51

Kəlbəcər rayonunda mina partlaması nəticəsində bir nəfər xəsarət alıb.

Far.Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi, Baş Prokurorluq və Minatəmizləmə Agentliyinin (ANAMA) birgə məlumat yayıb.

Bildirilib ki, işğaldan azad edilmiş Kəlbəcər rayonunun Sarıyel kəndi ərazisində mina partlayışı hadisəsi baş verib.

1953-cü il təvəllüdlü Tərtər rayonunun Qaynaq kənd sakini Süleymanov Kamran Şükür oğlu minalardan təmizlənməmiş ərazidə mal-qara otararkən mina partlayışı nəticəsində xəsarət alıb.

Faktla bağlı Kəlbəcər rayon prokurorluğunda araşdırma aparılır.

Oxşar xəbərlər

Kəlbəcərdə 32 il sonra ilk dəfə Yeni il tədbiri keçirildi
Kəlbəcərdə 855 ailənin köçürüləcəyi kənddən GÖRÜNTÜLƏR
Bakıda obyektdə güclü PARTLAYIŞ - 7 nəfər xilas edilib, yaralılar var
Tovuzda evdə qaz partlayıb, 3 nəfər ağır xəsarət alıb
Azərbaycanda qan banklarının siyahısı yenilənib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər