Nişan hazırlığı üçün köməyə getdi, bacısı oğlunun qızıllarını oğurladı
Far.Az xəbər saytı

Nişan hazırlığı üçün köməyə getdi, bacısı oğlunun qızıllarını oğurladı


Salyan rayonunda qadın bacısı oğlunun və onun arvadının qızıllarını oğurlayıb.

Far.Az Lent.az-a istinadən xəbər verir ki, hadisə rayonun Şorsulu kəndində baş verib.

İttiham aktına görə, 38 yaşlı Sənubər Rəhimova (şərti adla) bacısı qızının nişanı üçün onların evinə gedib. Evdə nişan üçün hazırlıqlara kömək edərkən heç kimin olmamasından istifadə edib və bacısı oğluna, eləcə də onun arvadına məxsus ümumilikdə 3 500 manatlıq qızılları oğurlayıb.

Zərərçəkənin şikayəti əsasında Sənubər Rəhimova saxlanılıb və barəsində cinayət işi başlanıb.

Təqsirləndirilən şəxs bildirib ki, həyat yoldaşı 2 il əvvəl ölüb və azyaşlı oğlu ilə birgə yaşayır. Oğurladığı qızılları nişan konfetinin kağızına bükərək evinə aparıb. Zinət əşyalarını evin yanında, Kür çayının bəndinin aşağısındakı daşların altında gizlədib. Lakin səhər polis əməkdaşları tərəfindən saxlanılıb.

Yekun olaraq, o, əməlindən peşman olduğunu və azyaşlı övladını tək böyütdüyünü deyərək, barəsində həbslə bağlı olmayan cəza verilməsini xahiş edib.

Zərərçəkən şəxs də oğurlanan qızılların geri qaytarıldığını və xalasına qarşı şikayətinin olmadığını deyib.

Məhkəmənin hökmü ilə Sənubər Rəhimova doqquz ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunub. Bundan başqa, ona elektron qolbaq taxmaq, gecə saat 23-dən səhər saat 7-dək yaşadığı evi, həmçinin doqquz ay ərzində isə Salyan rayonunu tərk etməmək tapşırılıb.

Oxşar xəbərlər

Şəhid olmuş bir qrup hərbi qulluqçu və mülki işçi ölümündən sonra təltif olunub
Silahlı Qüvvələrin bir qrup hərbi qulluqçu təltif edilib
İlham Əliyev Xocavəndin Xanoba kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olub
Lənkəranda qandonduran HADİSƏ – Ana isti qaşıqla 3 yaşlı qızının qolunu DAĞLADI
Prezident İlham Əliyev Şuşanın Böyük Qaladərəsi kəndində görülən işlərlə tanış olub, sakinlərlə görüşüb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər