Sumqayıt Sənaye Parkında qida sənayesi üzrə müəssisə fəaliyyətə başlayacaq
Far.Az xəbər saytı

Sumqayıt Sənaye Parkında qida sənayesi üzrə müəssisə fəaliyyətə başlayacaq


"Bimbo QSR Azərbaycan" MMC-yə İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) idarəçiliyində olan Sumqayıt Sənaye Parkının rezidenti statusu verilib.

İZİA-dan BAKU.WS-ə bildirilib ki, investisiya dəyəri 27,5 milyon manat olan layihə çərçivəsində burger və hot-doq üçün bulka istehsalı həyata keçiriləcək. Müəssisənin illik istehsal gücü 150 milyon ədəd təşkil edəcək. Layihə çərçivəsində 100-dən çox yeni iş yerinin yaradılması planlaşdırılır. İstehsal prosesində yerli xammaldan istifadə olunacaq. Müəssisədə istehsal ediləcək məhsulların daxili bazarla yanaşı, region ölkələrinə ixracı da nəzərdə tutulur.

Sumqayıt Sənaye Parkında bu günədək ümumi investisiya həcmi 6,8 milyard manatdan artıq olan 43 sahibkarlıq subyektinə rezident statusu verilib. Rezidentlər tərəfindən 5,6 milyard manatdan çox investisiya yatırılıb, 6400-dən artıq iş yeri yaradılıb.

Sumqayıt Sənaye Parkında qida sənayesi üzrə müəssisə fəaliyyətə başlayacaq

Oxşar xəbərlər

Leyla Əliyeva və Arzu Əliyeva Qaxda Axar-Baxar Milli Parkının açılış mərasimində iştirak ediblər
Prezident İlham Əliyev Sumqayıt Sənaye Parkında güzgü vərəqələrin istehsalı zavodunun açılışında iştirak edib
Sumqayıt Sənaye Parkında karton və qutu taralarının istehsalı müəssisəsinin açılışı olub
Prezident İlham Əliyev Xankəndi şəhərində Zəfər parkının açılışında iştirak edib
İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər