"Reuters": İspaniya hökumətinə Seutaya kütləvi miqrant axını barədə xəbərdarlıq edilmişdi
Far.Az xəbər saytı

"Reuters": İspaniya hökumətinə Seutaya kütləvi miqrant axını barədə xəbərdarlıq edilmişdi


İspaniya hökuməti Seutaya kütləvi miqrant axınından bir neçə həftə əvvəl dəniz yolu ilə gələnlərin sayının kəskin artmasının mümkünlüyü barədə xəbərdar edilsə də, lazımi tədbirlər görməyib.

"Far.Az" xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.

Sərhəd xidmətinin əməkdaşları və onları təmsil edən həmkarlar ittifaqları İspaniyanın mərkəzi hökumətini sosial şəbəkələrdəki paylaşımlardan ilhamlanan miqrantların sayının getdikcə artması barədə xəbərdar edib və təcili tədbirlər görməyə çağırıblar.

Agentliyin məlumatına görə, İspaniya məhkəməsinin fiziki maneəni keçən miqrantların dərhal geri qaytarılmasına icazə verən 29 iyun tarixli qərarı Seutaya üzərək keçmək cəhdlərinin sayının artmasına səbəb olub. Sonradan sosial şəbəkələrdə miqrantların Seutaya uğurla daxil olmasını əks etdirən videolar da yayılıb.

"Reuters" qeyd edib ki, İspaniya hakimiyyəti kütləvi miqrant axınını sosial şəbəkələrdə Ali Məhkəmənin qərarı ilə bağlı yanlış məlumatların yayılması ilə izah edib. Xüsusilə guya dəniz yolu ilə Seutaya gəldikdən sonra miqrantların İspaniyada maneəsiz şəkildə qala biləcəyi iddia olunurdu. Lakin məhkəmənin qərarı yalnız onların xüsusi prosedur çərçivəsində dərhal geri qaytarılmasını qadağan edirdi və qanunla nəzərdə tutulmuş digər prosedurlar vasitəsilə sonradan ölkədən çıxarılmasını istisna etmirdi.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının Novruz və Ramazanla bağlı bayram tədbirləri
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının təşkilatçılığı ilə keçirilən minifutbol turniri başa çatıb
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının yaradılmasının 33 illiyi qeyd olunub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər