Xaçmazda iki ata övladını BIÇAQLADI
Far.Az xəbər saytı

Xaçmazda iki ata övladını BIÇAQLADI


Xaçmaz rayonunda bir gündə iki ailə münaqişəsi yaşanıb. Ayrı-ayrı ünvanda atalar öz oğullarını bıçaqlayaraq xəstəxanalıq ediblər.

Far.Az Bizim.media-ya istinadən xəbər verir ki, hadisələrdən biri Xaçmaz şəhərində qeydə alınıb.

Xaçmaz şəhər sakini, 51 yaşlı İlqar Musayev aralarında yaranmış şəxsi mübahisə zəminində 22 yaşlı oğlu Murad Musayevə mətbəx bıçağı ilə sağ böyrək nahiyəsindən xəsarət yetirib. Yaralı sağ böyrək nahiyəsinin kəsilmiş-deşilmiş yarası ilə dərhal Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Araşdırma zamanı ata İlqar Musayevin oğlunun sağlamlığına yüngül xəsarət yetirdiyi məlum olub.

Digər ailə mübahisəsi isə rayonun Qadaşoba kəndində yaşanıb. Kənd sakini, 40 yaşlı Saməddin Şıxanov 18 yaşlı oğlu Ceyhun Şıxanovun sağ qol nahiyəsinə bıçaqla zərbə endirib.

Sağ qolundan yaralanan oğul Ceyhun Şıxanov dərhal rayon mərkəzi xəstəxanasına çatdırılıb.

Həkimlər hər iki yaralıya ilk tibbi yardım göstərib. Vəziyyətləri yaxşıdır.

Hər iki bıçaqlanma hadisəsi ilə bağlı Xaçmaz Rayon Polis şöbəsinin istintaq bölməsində araşdırma başlanılıb. Hadisələri törədən İlqar Musayev və Saməddin Şıxanov Xaçmaz polisi tərəfindən saxlanılıblar.

Oxşar xəbərlər

Şəhid olmuş bir qrup hərbi qulluqçu və mülki işçi ölümündən sonra təltif olunub
İlham Əliyev Xocavəndin Xanoba kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olub
Doğulanda həkimin əlindən düşən, övladını itirən, depressiyadan çıxa bilməyən, 35 yaşında vəfat edən Ece İrtemin HEKAYƏSİ
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər