Naxçıvanda növbəti hərrac keçirilib
Far.Az xəbər saytı

Naxçıvanda növbəti hərrac keçirilib


Naxçıvan Muxtar Respublikasında növbəti hərrac keçirilib.

"Far.Az"un yerli bürosu xəbər verir ki, ilk dəfə olaraq muxtar respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Hərracların Təşkili Mərkəzi” publik hüquqi şəxs tərəfindən Dövlət Gömrük Komitəsinin “Azərterminalkompleks” Birliyinin balansında olan dövlət mülkiyyətinə keçirilmiş malların özəlləşirilməsi ilə bağlı hərrac təşkil olunub.

Hərraca çıxarılan 912 adda, müxtəlif kateqoriyada (kimyəvi təmizləmə, tekstil, bəzək əşyaları, parfüm, avtomobil yağları və ehtiyat hissələri) olan malların alınması üçün qeydiyyatdan keçmiş 1 sifarişçi hərracın qalibi olub.

Xatırladaq ki, “Hərracların Təşkili Mərkəzi” və Dövlət Gömrük Komitəsinin “Azərterminalkompleks” Birliyi arasında dövlət mülkiyyətinə keçirilmiş malların və nəqliyyat vasitələrinin gömrük hərraclarında satışının təşkili üçün müqavilə bağlanıb.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
“Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi” təsdiq edilib
Naxçıvanda bir sıra tibb mərkəzləri “Tibb Müəssisələrinin İdarəetmə Birliyi” publik hüquqi şəxsinə təhvil verilib
Naxçıvanda 3 kiçik dövlət müəssisəsi və 7 qeyri-yaşayış sahəsi özəlləşdirilib
“Naxçıvan Avtomobil Nəqliyyatı Agentliyi” publik hüquqi şəxs yaradılıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər