“Naxçıvan Avtomobil Nəqliyyatı Agentliyi” publik hüquqi şəxs yaradılıb
Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin müavini Anar İbrahimov Naxçıvan Muxtar Respublikasında avtomobil nəqliyyatı sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında fərman imzalayıb.
"Report"un yerli bürosu xəbər verir ki, fərmana əsasən, Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində “Naxçıvan Avtomobil Nəqliyyatı Agentliyi” publik hüquqi şəxs yaradılıb və nizamnaməsi təsdiq edilib.
Agentlik Naxçıvan Muxtar Respublikasında avtomobil nəqliyyatı sahəsində tənzimləməni, avtomobil nəqliyyatı ilə daşımalara və digər avtomobil nəqliyyatı xidmətlərinə ehtiyacın təmin edilməsini, muxtar respublikadaxili sərnişin və yük daşımalarına dair qayda və tələblərə, habelə bu sahədə Azərbaycan Respublikasının normativ hüquqi aktlarının və tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına riayət edilməsinə nəzarəti həyata keçirəcək.
Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti Agentliyin nəzarət funksiyasını yerinə yetirən əməkdaşlarının xidməti geyim formasının, fərqləndirmə nişanlarının təsvirini və onların daşınması qaydasını təsdiq edəcək, həmçinin Ali Məclis sədrinin aktlarının həmin fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini iki ay müddətində hazırlayıb Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədrinə təqdim edəcək. Naxçıvan Muxtar Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi fərmandan irəli gələn digər məsələləri həll edəcək.
Oxşar xəbərlər
Naxçıvan Avtomobil Nəqliyyatı Agentliyi yaradılıb
Mehriban Əliyevanın doğum günüdür
Hansı hallarda xaricdə təhsil alanların diplomları tanınır?
Bu gün xüsusi dövlət mühafizəsi sahəsində çalışan əməkdaşların peşə bayramıdır
AZAL-ın Baş Kommersiya İnzibatçısı: “Bilet qiyməti heç də hər zaman aviaşirkətdən asılı deyil”-MÜSAHİBƏ
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bəzi dağlıq ərazilərə qar yağır - Faktiki hava
-
Azərbaycan COP31-də geniş nümayəndə heyəti ilə təmsil olunur
-
Tramp Rubionun ABŞ dövlət katibi vəzifəsində qalacağını bildirib
-
Çin yeni "SatNet" internet peyk qrupunu uğurla orbitə çıxarıb
-
Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır
-
Dövlət Bayrağı Günü: Bakıda hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirilir













