"Dur" tələbinə məhəl qoymayan sürücüyə yarım milyon cərimə - qonşu ölkədə qəribə hadisə
Türkiyənin Əskişəhər şəhərində polis əməkdaşlarının "dur" tələbinə tabe olmayan və alkotester müayinəsindən keçməkdən imtina edən sürücüyə 550 min lirə(19.526 manat) cərimə tətbiq edilib.
Far.Az xarici mediaya istinadən xəbər verir ki, hadisə Tepebaşı rayonunun Əskibağlar məhəlləsində baş verib. Polis şübhəli hesab etdiyi pikapı saxlamaq istəyib. Lakin sürücü tələbi yerinə yetirməyərək avtomobili ilə uzaqlaşıb.
Polis təqibindən sonra sürücü saxlanılıb. F.G. adlı şəxs əməkdaşlara müqavimət göstərib və qandallanaraq zərərsizləşdirilib.
Yoxlama zamanı onun daha əvvəl sərxoş vəziyyətdə avtomobil idarə etdiyinə görə sürücülük vəsiqəsindən məhrum edildiyi məlum olub.
Sürücüyə polis əməkdaşının "dur" tələbinə əməl etməmək, alkotesterdən keçməkdən imtina etmək və sürücülük hüququ məhdudlaşdırıldığı halda avtomobil idarə etmək səbəbilə ümumilikdə 550 min lirə cərimə yazılıb.
Pikap 60 gün müddətinə yol hərəkətindən kənarlaşdırılıb.
Oxşar xəbərlər
Sabirabad Sənaye Məhəlləsində toxum istehsalı müəssisəsinin fəaliyyəti ilə tanışlıq
Ağdamın balaca sakinləri həkim müayinəsindən keçdilər
Nazirlikdən "Baku Electronics" MMC-yə məxsus mağazada YOXLAMA
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
SOCAR-ın təşkilatçılığı, "Neftçi" və "Galatasaray" klublarının tərəfdaşlığı ilə şəhid və qazi övladları üçün "Futbol günü" adlı tədbir keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Usman Nurmaqomedov Əbu-Dabidə Merab Dvalişviliyə hücum etdi, cəza gözlənilir
-
Azərbaycan Prezidenti: Gələcəkdə alternativ enerjinin rolu daha da artacaq
-
Mbappe Fransa millisinin oyununu buraxacaq - Zidandan açıqlama
-
Bakı Media Mərkəzinin "Sükut içində addımlar" filminin təqdimatı olub
-
Azərbaycan və Böyük Britaniya arasında münasibətlər strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib
-
Yatmazdan əvvəl yeyilən ən zərərli qəlyanaltının adı açıqlandı













