Ağdamın balaca sakinləri həkim müayinəsindən keçdilər
Azərbaycan Səhiyyə Nazirliyinin K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutu tərəfindən 23 yanvar tarixində "Böyük Qayıdış" Dövlət Proqramı çərçivəsində Ağdam rayonunda uşaqlar üçün kompleks səyyar tibbi müayinələr təşkil olunub.
Far.Az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, tədbirin əsas məqsədi işğaldan azad edilmiş ərazilərdə yaşayan uşaqların sağlamlığının qorunması, vaxtında diaqnostika və profilaktik tədbirlərin aparılması, habelə regionda səhiyyə xidmətlərinin əlçatanlığının artırılmasıdır.
Səhiyyə Nazirliyinin K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun həkim heyəti tərəfindən Ağdam rayonunda ümumilikdə 200-ə uşaq kompleks müayinələrdən keçirilib. Müayinələr pediatr, uşaq kardioloqu, nevroloq, otorinolarinqoloq (LOR), oftalmoloq, USM həkimi və digər ixtisaslı həkimlər tərəfindən aparılıb. Uşaqlara aşağıdakı müayinə və prosedurlar həyata keçirilib:
- Ümumi kliniki müayinə və antropometrik ölçülər
- Ürəyin exokardioqrafiya
- Qarın boşluğu orqanlarının ultrasəs müayinəsi
- Görmə və eşitmə müayinələri
- Nevroloji statusun qiymətləndirilməsi
Səhiyyə Nazirliyi və institut tərəfindən həyata keçirilən bu tədbir "Böyük Qayıdış" prosesinin səhiyyə komponentinin gücləndirilməsinə xidmət edir və gələcəkdə digər rayonlarda da analoji aksiyaların keçirilməsi nəzərdə tutulur.
Qalereya
Oxşar xəbərlər
Gələcəyə ümidlə baxan uşaqların sağlamlıq arzusu burada gerçəkləşə bilər
Leyla Əliyeva, Arzu Əliyeva və Alyona Əliyeva "Təmiz Dünya" sığınacağındakı uşaqların bayram sevincinə şərik olublar
Leyla Əliyevanın təşəbbüsü ilə uşaq evlərinin komandaları arasında növbəti minifutbol turniri təşkil olunub
AFFA-da "Futbolda Uşaqların Hüquqlarının Qorunması" mövzusunda seminar təşkil olunub
Füzulidə qadınlar və yenidoğulmuşlar üçün səyyar tibbi aksiya keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Tramp İranla münaqişənin tezliklə başa çatacağını bildirsə də, yeni zərbələri istisna etməyib
-
KXDR Hərbi Dəniz Qüvvələrini yeni sürətli torpedalarla təchiz edəcək
-
Azərbaycan millisinin futbolçusu Lorenzo Mezzoteronun zədəsi ciddidir?
-
Mərkəzi Bankın qərarı kredit faizlərinə necə təsir göstərəcək?
-
COP31 çərçivəsində Xəzərin külək potensialının investisiya imkanları təqdim edilib
-
"Al Arabiya" ABŞ və İran arasında mümkün razılaşmanın detallarını açıqlayıb













