Toktoqul SES-də generatorların dayanması Mərkəzi Asiyada elektrik kəsintisinə səbəb olub - YENİLƏNİB-2
Qırğızıstandakı Toktoqul Su Elektrik Stansiyasında (SES) iki hidrogeneratorun işinin dayanması Qazaxıstanda və qonşu ölkələrdə elektrik kəsintisinə səbəb olub.
"Report" Qazaxıstan mediasına istinadən xəbər verir ki, bu barədə ölkənin Vahid Elektrik Enerjisi Sisteminin operatoru olan "KEGOC" SC-nin mətbuat xidməti məlumat yayıb.
Şirkətin məlumatına görə, avqustun 14-ü saat 14:37-də Toktoqul SES-də ümumi gücü 600 MVt olan iki hidrogeneratorun fəaliyyəti dayandırılıb. Bu, "Şimal - Şərq - Cənub" tranzit xəttinin həddindən artıq yüklənməsinə və Cənub zonasının Qazaxıstanın Vahid Elektrik Energetikası Sistemindən və Mərkəzi Asiyanın Birləşmiş Enerji Sistemindən (Qırğızıstan, Özbəkistan, Tacikistan) ayrılmasına səbəb olub.
Nəticədə Qazaxıstanda Almatı, Jambul, Türküstan, Qızılorda və Jetısu vilayətlərində istehlakçıların bir hissəsi elektrik enerjisiz qalıb. Kəsilmələr həmçinin Qaraqandı, Ulıtau və Abay vilayətlərinə də təsir edib.
Məlumata görə, yerli vaxtla saat 14:47-də "KEGOC" SC tərəfindən Qaraqandı, Ulıtau, Abay vilayətlərində, saat 16:26-da Almatı və Jetısu vilayətlərində, saat 16:34-də isə Jambul, Türküstan, Qızılorda vilayətlərində istehlakçıların enerji təchizatı tam bərpa edilib.
"Texnoloji pozuntunun səbəbləri xüsusi komissiya tərəfindən araşdırılacaq", - şirkətdən bildirilib.
Mərkəzi Asiyanın enerji sistemində elektrik enerjisi axınının kəskin dəyişməsi əks-qəza avtomatikasının işə düşməsinə və Qazaxıstanın bəzi regionlarında istehlakçıların enerji təchizatı şəbəkəsindən ayrılmasına səbəb olub.
"Report" xəbər verir ki, bu barədə Qazaxıstanın Energetika Nazirliyi məlumat yayıb.
"Avqustun 14-də Mərkəzi Asiyanın enerji sistemində elektrik enerjisi axınının kəskin dəyişməsi nəticəsində enerji sistemində güc artımı baş verib. Nəticədə əks-qəza avtomatikası işə düşüb ki, bu da bəzi regionlarda istehlakçıların enerji təchizatı şəbəkəsindən ayrılmasına gətirib çıxarıb", - məlumatda bildirilir.
Qeyd olunub ki, hazırda "KEGOC" SC sistem operatoru lazımi bərpa işlərini aparır. Bir sıra regionlarda elektrik enerjisi təchizatı artıq bərpa olunub.
Eyni zamanda, Qazaxıstan mediası xəbər verir ki, Almatıda işıqların kəsilməsi səbəbindən yollarda tıxaclar yaranıb, işıqforlar işləmir.
Mərkəzi Asiya ölkələrindən birinin enerji sistemindəki qəza bütün regionun enerji sisteminə təsir edib.
"Report" xəbər verir ki, bu barədə Özbəkistanın Energetika Nazirliyi məlumat yayıb.
Qəza nəticəsində Özbəkistanın Surxandərya vilayətində və bəzi digər regionlarında elektrik enerjisinin verilişi dayandırılıb.
"Hazırda enerji sistemi işçiləri tərəfindən enerji təchizatı tədricən bərpa olunur. Əlavə məlumat daha sonra veriləcək", - qurumun məlumatında bildirilir.
Eyni zamanda, avqustun 14-də Qırğızıstan, Qazaxıstan və Tacikistanda da elektrik enerjisi təchizatında fasilələr qeydə alınır. Bişkekdə bir sıra rayonların sakinləri yerli vaxtla saat 15:00-dan etibarən kəsintilərin olması barədə məlumat veriblər.
Almatı şəhəri və Almatı vilayətində də enerji kəsintiləri baş verib.
Tacikistanın Düşənbə, Kulyab, Xücənd, Vəhdət, Nurek, Hissar, Şəhrinav, Roqun və digər yaşayış məntəqələri işıqsız qalıb.
Oxşar xəbərlər
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
Prezident İlham Əliyev Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində iştirak edib
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Ötən ilin "yaşıl enerji" gündəminə baxış - TƏHLİL
Bakıda kosmetoloji vasitələrin satışı anbarının fəaliyyəti dayandırılıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Qurban Qurbanov: "Rəqibi topsuz qoymağa çalışırdıq"
-
Hacıqabulda avtomobilin vurduğu piyada ölüb
-
İsveç parlamenti cinayət məsuliyyəti yaşının 14-ə qədər endirilməsinə səs verib
-
ABŞ dronların idxalına rüsumlar tətbiq edib
-
Konfrans Liqası: "Qarabağ" "Dinamo Kiyev"ə qarşı: Hesab açıldı - CANLI YAYIM
-
UEFA Konfrans Liqası: "Qarabağ" Kiyev "Dinamo"sunu məğlub edərək pley-offa yüksəlib - YENİLƏNİB-5













