Güclü yağış Tbilisidə bir sıra problemlər yaradıb, iki metrostansiyasını su basıb - YENİLƏNİB
Far.Az xəbər saytı

Güclü yağış Tbilisidə bir sıra problemlər yaradıb, iki metrostansiyasını su basıb - YENİLƏNİB


Gürcüstanın paytaxtı Tbilisidə güclü yağış nəticəsində bir sıra əraziləri su basıb, bəzi ərazilərdə fövqəladə xidmətlər gücləndirilmiş rejimə keçib.

"Far.Az"un yerli bürosu xəbər verir ki, bu barədə Tbilisi şəhər meriyası məlumat yayıb.

Meriyanın məlumatına görə, güclü yağış nəticəsində küçələr, zirzəmilər, həmçinin "Rustaveli" və "Vaja-Pşavela" metrostansiyaları su altında qalıb.

Saburtalo rayonunun Çikovani küçəsində isə qaz kəməri zədələnib. Hadisə ilə əlaqədar yaxınlıqdakı binanın sakinləri təxliyə edilib. Hazırda qaz şəbəkəsinin bərpası istiqamətində işlər aparılır.

Meriyanın müvafiq xidmətləri və rayon administrasiyaları gücləndirilmiş rejimdə fəaliyyət göstərir. "Tbilservice Group" əməkdaşları yolların təmizlənməsi və küçələrdə yaranmış problemlərin aradan qaldırılması ilə məşğuldur.

Problemli ərazilərə Fövqəladə Halların İdarə Edilməsi Xidmətinin əməkdaşları və patrul polisi səfərbər olunub.

Gürcüstanın Milli Ətraf Mühit Agentliyinin məlumatına görə, avqustun 15-i səhərədək Tbilisi və ətraf ərazilər, eləcə də Kaxeti və Kvemo Kartlidə fasilələrlə güclü yağış gözlənilir. Sinoptiklər bəzi ərazilərdə ildırım, dolu və güclü külək ehtimalını da açıqlayıblar.

Qeyd olunur ki, güclü yağıntılar kiçik çaylarda daşqınlara, dağlıq, dağətəyi ərazilərdə torpaq sürüşməsi, sel hadisələrinin yaranmasına və ya aktivləşməsinə səbəb ola bilər.

Tbilisi meriyası sakinlərə zərurət yaranacağı təqdirdə "Qaynar xətt"ə müraciət olunmasını tövsiyə edib.

Gürcüstanın paytaxtı Tbilisidə güclü yağış bir sıra problemlərə səbəb olub.

"Far.Az"un yerli bürosu xəbər verir ki, yağıntı nəticəsində Qəhrəmanlar Meydanında yollarda suyun axması nəqliyyatın hərəkətini çətinləşdirib.

Kür (Mtkvari) çayının sağ sahilində də avtomobillərin hərəkətində sıxlıq yaranıb.

Tbilisi və ətraf ərazilərdə yağışın yaratdığı vəziyyəti əks etdirən görüntülər sosial şəbəkələrdə yayılıb. Sakinlər Tskneti də daxil olmaqla, bir sıra ərazilərdə küçələri su basdığını bildirirlər. Tbilisinin bəzi əraziləri işıqsız qalıb.

Paytaxtda təxminən bir saatdır güclü və fasiləsiz yağış yağır.

Oxşar xəbərlər

Bakıda bir sıra küçələr yağış sularından təmizlənir
İlham Əliyev Xocavəndin Xanoba kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olub
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
İlham Əliyev Xocavənd şəhər və Xocavənd kənd sakinləri ilə görüşüb
İlham Əliyev Şuşanın Qarabağ küçəsində dövlət-özəl tərəfdaşlığı çərçivəsində həyata keçirilmiş işlərlə tanış olub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər