Oğuzdan axan çaylarda sel və daşqınlara qarşı mübarizə tədbirləri görülür
Oğuz rayonundan axan çaylarda sel və daşqınlara qarşı mübarizə çərçivəsində tədbirlər görülür.
Far.Az xəbər verir ki, bu barədə report-un Şimal-qərb bürosuna Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) tabeliyində olan Oğuz Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsindən bildirilib.
Bildirilib ki, avqustun 13-ü axşam yağan leysan yağışları nəticəsində rayon ərazisindən axan dağ çaylarında suyun səviyyəsi artıb və bu da yaşayış məntəqələri və əkin sahələri üçün real təhlükə yaradıb.
Hazırda idarənin 7 ədəd ağır texnikası Qalaçay sisteminə cəlb olunub. Belə ki, həmin çayın keçdiyi və ən çox təhlükə yaranan Yemişənli, Ərmənət, Dəymədərə və Xaçmaz kəndləri ərazisində sel sularından mühafizə işləri həyata keçirilir.
O da qeyd olunub ki, rayon ərazisində olan yaşayış məntəqələrinin və əkin sahələrinin sel və daşqın sularından mühafizəsi məqsədi ilə istismar tədbirləri planına uyğun olaraq çayların məcrasının tənzimlənməsi, daş-beton bəndlərinin təmiri işləri paralel aparılır.
Qalereya
Oxşar xəbərlər
Şimal-qərb bölgəsində leysan yağışları olub, dolu düşüb
Lənkərançayda suyun səviyyəsi artıb - qabaqlayıcı tədbirlər görülür
Bakıda bir sıra küçələr yağış sularından təmizlənir
Ağsu dolaylarındakı son durum: Sürüşmə riskini azaltmaq üçün tədbirlər görülür
İlham Əliyevin sədrliyi ilə Bakı və Abşeronda su təchizatına dair Dövlət Proqramına həsr olunan müşavirə keçirilib - YENİLƏNİB
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Əhaliyə SEVİNDİRİCİ XƏBƏR - 1.1 milyon insanın pensiyası bu faizlə artacaq
-
Azərbaycan və Ukrayna Fəaliyyət Planını qəbul edib
-
Anar Axundov: Azərbaycanda özəl sektorun investisiya fəallığı yüksəlir
-
Lu Mey: Çin Azərbaycanın hakim partiyası ilə əlaqələri gücləndirmək niyyətindədir
-
AZAL gələcəyin texniki mütəxəssislərini yetişdirir
-
Pərvanə Vəliyeva: Hemofiliya üçün Əvəzedici Faktor Preparatlarının regionlara çatdırılması təşkil edilməyib













