Emin Ağalarov "Sea Breeze" akvaparkında baş vermiş hadisəyə münasibət bildirib
Far.Az xəbər saytı

Emin Ağalarov "Sea Breeze" akvaparkında baş vermiş hadisəyə münasibət bildirib


"Sea Breeze"in sahibi və təsisçisi, "Agalarov Development"in prezidenti Emin Ağalarov akvaparkda uşağın ölümü ilə nəticələnən faciəvi insidentə münasibət bildirib.

"Report" xəbər verir ki, E.Ağalarov sosial şəbəkə hesabında bu insidentlə bağlı açıqlama yayıb.

"Sea Breeze"dəki akvaparkın ərazisində baş vermiş faciəvi hadisə nəticəsində uşaq həlak olub.

"Şəxsən öz adımdan və bütün "Sea Breeze" komandası adından ailəyə ən dərin və səmimi başsağlığımı bildirirəm. Belə bir anda valideynlərin və yaxınlarının ağrısını yüngülləşdirə biləcək söz yoxdur.

Hazırda hadisənin bütün təfərrüatlarını, o cümlədən uşağın su nasoslarının işlədiyi və hasarlarla əhatələnmiş hovuzun texniki zonasına necə düşdüyünü müəyyənləşdirən araşdırma aparılır.

Biz öz tərəfimizdən istintaqa hərtərəfli dəstək veririk.

Uşaqların və böyüklərin təhlükəsizliyi "Sea Breeze" üçün hər zaman mütləq prioritet və öhdəlik olub və olaraq qalır. Kurortun bütün əraziləri və obyektləri mütəmadi olaraq FHN və aidiyyəti qurumlar tərəfindən yoxlanılır. Akvapark üçüncü mövsümdür fəaliyyət göstərir və bu müddət ərzində 350 mindən çox qonaq qəbul edib.

Baş verən hadisə ilə əlaqədar bütün təhlükəsizlik tədbirləri əlavə olaraq yenidən yoxlanılacaq və gücləndiriləcək.

"Sea Breeze" komandası və şəxsən mən ailəyə bütün lazımi dəstəyi və yardımı göstərəcəyik", - paylaşımda bildirilib.

Oxşar xəbərlər

"Deluxe Residence" artıq "Sea Breeze"də: Yeni premium yaşayış konsepti
Leyla Əliyevanın təşəbbüsü ilə uşaq evlərinin komandaları arasında növbəti minifutbol turniri təşkil olunub
Heydər Əliyev Fondu Lənkəran uşaq evini əsaslı yenidənqurmadan sonra istifadəyə verib
Prezident İlham Əliyev Bakı Olimpiya Stadionunun ərazisində WUF13 ilə bağlı görülən işlərlə tanış olub
Sumqayıtda piyadanın ölümü ilə nəticələnən AĞIR QƏZA OLUB

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər