Sumatranın şimalında 6,8 maqnitudalı zəlzələ baş verib - YENİLƏNİB-5
İndoneziyanın Sumatra adasından şimalda 6,8 maqnitudalı növbəti zəlzələ baş verib.
"Report" xəbər verir ki, bu barədə Alman Geoelmlər Araşdırma Mərkəzi (GFZ) məlumat yayıb.
Zəlzələnin ocağı 163 km dərinlikdə yerləşib.
Zəlzələ avqustun 15-i səhər saatlarında İndoneziya sahillərində qeydə alınmış 7,7 maqnitudalı güclü yeraltı təkanlardan sonra baş verib.
Bu gün səhər saatlarında İndoneziyanın Flores adası yaxınlığında baş vermiş 7,7 maqnitudalı zəlzələ ən azı 38 nəfərin həyatına son qoyub.
"Report" "Reuters"ə istinadən xəbər verir ki, bu barədə İndoneziyanın Təbii Fəlakətlərin İdarə Olunması üzrə Milli Agentliyinin nümayəndələri bildiriblər.
Daha 23-ə yaxın insan müxtəlif dərəcəli xəsarətlər alıb.
Son məlumatlara görə, zərər çəkmiş ərazilərdən 2 minə yaxın yerli sakin təxliyə edilib.
İndoneziyada zəlzələ nəticəsində ölənlərin sayı 20 nəfərə çatıb.
"Report" "Sinxua"ya istinadən xəbər verir ki, bu barədə xilasetmə xidmətlərindən məlumat verilib.
Bundan başqa, altı nəfərin xəsarət aldığı və iki nəfərin dağıntılar altında qaldığı bildirilib.
İndoneziyada baş verən güclü zəlzələ nəticəsində ölənlərin sayı beş nəfərə çatıb.
"Report"un "The Straits Times"ə istinadən məlumatına görə, bu barədə Şərqi Nusa-Tenqara əyalətinin qubernatoru bildirib. O, ölənlərin uçmuş binaların dağıntıları altında qaldığını bildirib.
Adada yaşayış və dövlət binaları, eləcə də digər infrastruktur obyektləri zədələnib.
Qeyd edək ki, İndoneziya sahillərində 7,7 maqnitudada zəlzələ baş verib. İlkin təkandan sonra çoxsaylı afterşoklar qeydə alınıb.
İndoneziyada baş verən 7,7 maqnitudalı zəlzələ nəticəsində bir kişi və bir qadın ölüb.
Bu barədə "Report" "The Straits Times"ə istinadən xəbər verir.
Flores adasının şimal sahillərinin, eləcə də cənub rayonlarının, adalarının və bütün cənub bölgəsinin sakinlərinə təxliyə edilmək və sahildən uzaqlaşmaq tövsiyə olunub.
Zəlzələnin episentri təxminən 188 000 insanın yaşadığı Labuan-Bajo şəhərindən 161 km şimal-şərqdə, episentri 35 km dərinlikdə yerləşib.
Yeraltı təkanlarla əlaqədar sunami xəbərdarlığı edilib.
İndoneziya sahillərində 7,7 maqnitudada zəlzələ qeydə alınıb.
"Report"un Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinə istinadən məlumatına görə, zəlzələnin episentri təxminən 188 000 insanın yaşadığı Labuan-Bajo şəhərindən 161 km şimal-şərqdə yerləşib.
Zəlzələnin episentri 35 km dərinlikdə yerləşib.
Yeraltı təkanlarla əlaqədar sunami xəbərdarlığı edilib.
Tələfat və ya dağıntı barədə məlumat verilmir.
Oxşar xəbərlər
Su basmış ərazilərdən 118 nəfər təxliyə edilib
İlham Əliyev Şuşanın Kiçik Qaladərəsi kəndində görülən işlərlə tanış olub və kəndə qayıdan sakinlərlə görüşüb - YENİLƏNİB
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
Son üç saatda İrandan Azərbaycana 50 nəfər təxliyə edilib - YENİLƏNİB-6
İrandan daha 27 nəfər Azərbaycana təxliyə edilib - YENİLƏNİB-5
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Özünü hər sahədə göstərə bilən bürclər
-
Türkiyədə viza fırıldaqçılığı ilə məşğul olan 37 nəfər həbs edilib
-
Nardaranda BƏDBƏXT HADİSƏ: Hovuzda ayağı su nasosunda qalan uşaq öldü
-
Netanyahu: Nüvə silahlı "İslam respublikası" Britaniya olacaq
-
Azərbaycanda neçə kişi həyat yoldaşının soyadını götürüb? - STATİSTİKA
-
Husilər Nəcranda "Saudi Aramco"nun obyektinə hücum ediblər













