Makron istirahət fotolarına görə müxalifətin tənqidinə məruz qalıb
Far.Az xəbər saytı

Makron istirahət fotolarına görə müxalifətin tənqidinə məruz qalıb


Fransa Prezidenti Emmanuel Makron ölkədə anomal isti hava və meşə yanğınlarının davam etdiyi bir vaxtda Kot d"Azur sahillərində istirahətindən çəkilmiş fotolarının yayımlanmasından sonra müxalifətin tənqidinə məruz qalıb.

"Far.Az"un Le Monde qəzetinə istinadən verdiyi məlumata görə, Makron Fransanın cənubunda, prezident iqamətgahı Fort Breqanson ərazisində məzuniyyətdədir. Bu dövrdə ölkənin müxtəlif bölgələrində güclü istilər və meşə yanğınları müşahidə olunur.

"Avropa – Ekologiya – Yaşıllar" partiyasının milli katibi Marin Tondelye fransız xalqının "apokaliptik yay" keçirdiyini, prezidentin isə məzuniyyəti zamanı özünə "reklam fotosessiyası" təşkil etdiyini bildirib.

Fransa Sosialist Partiyasının birinci katibi Olivye For da Makronu tənqid edib. O qeyd edib ki, bir çox vətəndaş istirahətə getmək imkanına malik olmadığı halda, prezident hidrosikldə əylənir.

Makronun komandası isə fotoların icazəsiz çəkildiyini bildirib. "Paris Match" jurnalında yayımlanan materialda prezidentin məzuniyyət zamanı telefonla işgüzar əlaqələri saxladığı və gündəlik idmanla məşğul olduğu da qeyd olunub.

Oxşar xəbərlər

Nərmin Kərimbəyova ilə Sahib İbrahimovdan "Etnik irs" FOTOSESSİYASI
FHN tərəfindən "Yaz-yay fəsillərində sel təhlükəsi" mövzusunda növbəti tədbirlər keçirilib
Bakıda "Force of Love" 2026 yay festivalı keçirilib
"Abşeron" sağlamlıq və istirahət mərkəzinin ərazisində abadlıq və yaşıllığın qorunması aksiyası keçirilib
İstirahət zonalarında polisin fasiləsiz xidməti təşkil edilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər