Mərakeş İspaniya jurnalistlərini Fnidekdən çıxarıb
Mərakeş hakimiyyəti İspaniyanın EFE və TVE media qurumlarının jurnalistlərini İspaniyanın muxtar şəhəri Seuta ilə sərhəddə yerləşən Fnidekdən çıxarıb. Bu addım qarşılıqlılıq prinsipi ilə əsaslandırılıb.
"Far.Az"un Hespress portalına istinadən verdiyi məlumata görə, qərar Mərakeşin 2M telekanalının çəkiliş qrupunun cari hadisələri işıqlandırmaq üçün Seutaya girişinə icazə verilməməsindən sonra cavab tədbiri kimi qəbul edilib.
Mərakeş hüquq-mühafizə orqanlarının nümayəndəsi bildirib ki, ispan jurnalistlərin ölkədən çıxarılması mətbuat azadlığına hücum kimi təqdim edilib. Halbuki Mərakeş jurnalistlərinin Seutaya buraxılmaması eyni səviyyədə diqqət və qınaqla qarşılanmayıb.
Onun sözlərinə görə, ispan media qurumları həmkarlarının Fnidekdən çıxarılmasından sonra mətbuat azadlığını müdafiə etsələr də, 2M telekanalının jurnalistlərinə münasibətdə eyni dəstəyi göstərməyiblər.
Nümayəndə vurğulayıb ki, Mərakeş hakimiyyəti baş verənləri İspaniya mediasına qarşı birtərəfli addım deyil, qarşılıqlılıq prinsipi əsasında atılmış tədbir kimi qiymətləndirir.
Oxşar xəbərlər
İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib
Bakıda TDT Xəritəçəkmə Qurumları Rəhbərlərinin ikinci iclası keçirilib, bəyannamə qəbul edilib
Heydər Əliyev Fondunun dəstəyi ilə alınan musiqi alətlərinin təqdimatı olub
İspaniya ilə Mərakeş arasında Seuta hadisəsi - Avropanın narahatlığı - ŞƏRH
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bu gündən metronun "28 May"–"Nizami" stansiyaları arasında hərəkət dayanır
-
ABŞ ölkələri süni intellekt sahəsində Çinlə əməkdaşlığın fəsadları barədə xəbərdar edəcək
-
Britaniya hakimiyyəti sakinlərə təcili xəbərdarlıqlar göndərib
-
Kolumbiyada mədəndə partlayış olub, ölənlər var
-
Sabah Bakıda külək, bölgələrdə şimşək və leysan olacaq - PROQNOZ
-
"Barselona" Ferran Torresin PSJ-yə keçdiyini açıqlayıb













