Türkiyədə bir gündə üç PUA-nın qalıqları aşkarlanıb
Far.Az xəbər saytı

Türkiyədə bir gündə üç PUA-nın qalıqları aşkarlanıb


Türkiyədə bir gün ərzində üçüncü pilotsuz uçuş aparatının (PUA) qalıqları aşkarlanıb.

"Report" xəbər verir ki, bu barədə "Nefes" qəzeti məlumat yayıb.

Gövdə hissəsi Qara dəniz sahilində, Sakarya vilayətində tapılan PUA-nın digər hissələri Başoğlu kəndi ərazisindəki çimərlikdə aşkarlanıb. Aparatda partlayıcı maddə olmayıb.

Qeyd edək ki, avqustun 15-də Türkiyənin şimalındakı Düzcə vilayətində də ehtimal olunan PUA düşüb. Aparat Yeşilköy kəndindəki bağda aşkarlanıb. Həmin gün İstanbul vilayətinin sakinləri də beynəlxalq hava limanının yaxınlığında yerləşən sahildə PUA olduğu ehtimal edilən bir aparat tapıblar. Hadisə ilə bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılıb.

Oxşar xəbərlər

İlham Əliyev Xocavənd şəhər və Xocavənd kənd sakinləri ilə görüşüb
Tuapsedə PUA hücumundan sonra "qara yağış" canlılara ZƏRƏR VURUB
İlham Əliyev Ağdərədə Aşağı Oratağ, Çıldıran, Heyvalı və Çapar kəndlərinin sakinləri ilə görüşüb
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev Xocalının Badara, Daşbulaq, Seyidbəyli və Şuşakənd kəndlərinin sakinləri ilə görüşüb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər