Cəlilabadda şəkər çuğundurunun yığımı başlayıb, gəmiricilər məhsuldarlığı aşağı salıb
Far.Az xəbər saytı

Cəlilabadda şəkər çuğundurunun yığımı başlayıb, gəmiricilər məhsuldarlığı aşağı salıb


Cəlilabad rayonunda şəkər çuğundurunun yığımı başlayıb.

Bu barədə "Report"un Muğan bürosuna Cəlilabad Dövlət Aqrar İnkişaf Mərkəzindən məlumat verilib.

Bildirilib ki, bu il 148 hektar sahədə şəkər çuğunduru əkilib. Bu günə qədər sahələrdən 2 min ton məhsul əldə olunub. Orta məhsuldarlığın hər hektar üçün 24-25 ton olacağı gözlənilir.

Məlumata görə, ötən il rayonda cəmi 3 hektar sahədə bu bitki əkilib.

Fermerlərin sözlərinə görə, hava şəraiti quraq keçdiyi üçün gəmiricilər məhsula xeyli ziyan vurub. Həmçinin quraqlıqla bağlı məhsul yığımı da digər rayonlarla müqayisədə bir qədər gecikib. Nəticədə isə məhsuldarlıq azalıb.

Oxşar xəbərlər

Biləsuvarda şəkər çuğundurunun məhsuldarlığı artıb
Biləsuvarda şəkər çuğunduru yığımı başlayıb, bu il məhsuldarlıq ötənilkindən çoxdur 
Azərbaycanda gələn il 30-a yaxın rayonda şəkər çuğundurunun əkilməsi planlaşdırılır
Azərbaycanda bəzi bitkiçilik məhsulları üzrə aqrar sığorta şərtləri dəyişib
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər