Tramp ticarət müharibəsi fonunda Kanadaya qarşı ritorikanı gücləndirir
ABŞ Prezidenti Donald Tramp Kanada rəhbərliyini təlxək adlandırıb və Vaşinqtonla Ottava arasındakı münasibətləri pisləşdirməklə hədələyib.
"Far.Az"un xəbər verir ki, Tramp bununla bağlı "Truth Social"da paylaşım edib. O, ABŞ-nin həmişə Kanadadan daha böyük, daha zəngin və güclü olacağını və Amerikanın dəstəyi olmadan Kanadanın yaşaya bilməyəcəyini bildirib.
Amerika lideri həmçinin Kanadanın Baş naziri Mark Karnini tənqid edərək onu qubernator adlandırıb. Tramp bildirib ki, Ottavanın daha ABŞ-dən istifadə etməyə icazə verilməyəcək və Kanada liderlərini ayağa qalxmağa çağırıb, əks halda ölkənin daha pis nəticələrlə üzləşəcəyini qeyd edib.
Trampın açıqlamaları iki ölkə arasında ticarət gərginliyinin artması fonunda səslənib. ABŞ avqustun 22-dən etibarən müəyyən kateqoriyalı Kanada mallarına 50 % rüsum tətbiq edib. Buna cavab olaraq Ottava ticarət danışıqlarının dayandırıldığını və cavab tariflərinin hazırlandığını elan edib.
Tramp daha sonra ABŞ-nin 1 yanvar 2027-ci ildən etibarən Kanadanın avtomobillərinə, avtomobillərin ehtiyat hissələrinə və poladına 50 faizlik rüsum tətbiq etməyi planlaşdırdığını açıqlayıb.
Oxşar xəbərlər
ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə yaradılan Sülh Şurası təsis edilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Robert Koçaryanın oğullarının adı qalmaqalda: Növbə müğənni gəlininə də çatdı
-
Bakı ikinci dəfə "Art Weekend 2026" festivalına ev sahibliyi edəcək
-
"Aston Villa" Rafael Leaunun transferi üçün "Milan"la danışıqlara başlayıb
-
BANM-də bütün ixtisaslar üzrə dövlət sifarişli yerlərə keçid balı 600-dən yüksək olub
-
Ətrafı tullantılarla çirkləndirən "Ford" sürücüsünə ETSN-dən REAKSİYA
-
Ətrafı tullantılarla çirkləndirən "Ford" sürücüsü tənqid edildi













