Fransada fırtına zamanı 26 nəfər xəsarət alıb
Far.Az xəbər saytı

Fransada fırtına zamanı 26 nəfər xəsarət alıb


Fransanın cənubundakı Od departamentinin Poma kommunasında baş verən fırtına nəticəsində təxminən 3 000 ev elektriksiz qalıb.

"Report"un regional prefekturaya istinadən məlumatına görə, fəlakət nəticəsində 26 nəfər yaralanıb. Onların vəziyyəti orta ağır hesab olunur.

Bundan əlavə, təxminən 100 evə ciddi ziyan dəyib.

Hadisə yerinə 115 yanğınsöndürən və xilasedici göndərilib. Ərazidə aşan ağaclar nəqliyyatın hərəkətini çətinləşdirib.

Qasırğanın bölgədən keçən güclü ildırım cəbhəsi fonunda yarandığı bildirilir.

"Meteo-France" Milli Meteorologiya Xidməti Fransanın cənubundakı 20 departamentində, o cümlədən Odda ildırım leysan yağışları ilə bağlı narıncı xəbərdarlıq elan edərək, şiddətli hava şəraiti riskinin olduğunu vurğulayıb.

Od departamentidə bir saat ərzində 30 mm-dən çox yağıntı qeydə alınıb. Küləyin sürəti saniyədə 32,5 metrə çatıb.

Oxşar xəbərlər

Şimal-qərb bölgəsində leysan yağışları olub, dolu düşüb
Kiyevə raket hücumu zamanı Azərbaycanın Ukraynadakı səfirliyinə ciddi ziyan dəyib
Güclü qar Qəbələnin dağlıq kəndlərinə gediş-gəlişi çətinləşdirib
Kürdəmirdə leysan yağış nəqliyyatın və sakinlərin hərəkətini çətinləşdirib
Ülvi Mehdiyev Baku TV-yə müsahibə verib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər