Fransa və Səudiyyə Ərəbistanı Paris yaxınlığında 6 milyard avroluq park inşa edəcəklər
Fransa və Səudiyyə Ərəbistanı Paris yaxınlığında 6 milyard avroluq əyləncə parkının inşası ilə bağlı müqavilə bağlayıblar.
"Far.Az" "Reuters"ə istinadən xəbər verir ki, bu barədə Yelisey sarayı Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman əl Səudun Fransa Prezidenti Emmanuel Makronla Parisdə görüşünün yekununa əsasən məlumat yayıb.
Məlumata görə, məşhur yapon manqa və anime franşizası olan "Dragon Ball Z"dən ilhamlanan layihə Parisin şimal-qərbindəki Serji-Pontuaz yaxınlığında inşa ediləcək və təxminən 22 000 iş yeri açacaq.
Makronun müşavirlərinin sözlərinə görə, layihənin ideyası Fransa liderinin 2025-ci ildə Səudiyyə Ərəbistanına səfəri zamanı yaranıb. Səudiyyə Ərəbistanının "Qiddiya" investisiya qrupu krallığın qeyri-neft sənayesini şaxələndirmək və əyləncə sənayesində qlobal iştirakını genişləndirmək siyasətinin bir hissəsi olan layihəni maliyyələşdirəcək.
Avropanın ən böyük əyləncə parklarından birinin açılış tarixi hələ müəyyənləşdirilməyib və inşasının bir neçə il çəkəcəyi gözlənilir.
Oxşar xəbərlər
Leyla Əliyeva və Arzu Əliyeva Qaxda Axar-Baxar Milli Parkının açılış mərasimində iştirak ediblər
İlham Əliyev Şeyx Məhəmməd bin Zayed Al Nəhyana Qarabağ atı hədiyyə edib
Prezident İlham Əliyev Xankəndi şəhərində Zəfər parkının açılışında iştirak edib
İlham Əliyev TDT-yə üzv dövlətlərin hökumət başçılarının görüşünün iştirakçılarını qəbul edib
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Pezeşkian: Düşmənlər İranı iğtişaşlara sürükləmək istəyir
-
Avtobusların dayanacaq yeri "Gənclik Mall"un qarşısındakı məntəqədən təşkil edilib
-
Bakıda gecə klubunda baş verən yanğın söndürülüb
-
"Tvente" "Qarabağ"la oyuna itkilərlə çıxacaq
-
"Sabah" UEFA Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazanıb - YENİLƏNİB-11
-
Çimərlik güləşi üzrə beynəlxalq yarışlara qatılacaq Azərbaycan millilərinin heyəti müəyyənləşib













