Oman sahillərində neft tankerinə hücum edilib
Far.Az xəbər saytı

Oman sahillərində neft tankerinə hücum edilib


Oman sahillərində neft tankeri hücum nəticəsində zədələnib və hərəkətini itirib.

"Far.Az"un xəbərinə görə, bu barədə Böyük Britaniya Hərbi Dəniz Qüvvələrinin Dəniz Ticarət Daşımalarının Koordinasiyası Mərkəzi (UKMTO) məlumat yayıb.

Hadisə Əş-Şişahdan 9 dəniz mili şimal-şərqdə baş verib. UKMTO-nun məlumatına görə, tankerin kapitanı naməlum mərminin gəmiyə dəydiyini bildirib.

Hücum nəticəsində mühərrik hissəsi zədələnib, bundan sonra tanker hərəkətini itirib.

Ekipaj təhlükəsiz şəraitdədir. Ətraf mühitə heç bir ziyan dəyməyib.

Digər təfərrüatlar, o cümlədən gəminin adı, qeydiyyat limanı açıqlanmır.

Oxşar xəbərlər

Azərbaycandan Türkmənistana hədiyyə olunan tankerin GÖRÜNTÜLƏRİ
Azov dənizində gəmiyə dron hücumunda həlak olan Fuad Orucov Xaçmazda dəfn edilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər