Mahmud Qurbanov: "Köməkçilərimi müəyyənləşdirdikdən sonra futbolçularla tanış olacağam"
Far.Az xəbər saytı

Mahmud Qurbanov: "Köməkçilərimi müəyyənləşdirdikdən sonra futbolçularla tanış olacağam"


Azərbaycanın U-18 millisinə baş məşqçi təyin edilən Mahmud Qurbanov köməkçilərini müəyyənləşdirdikdən sonra futbolçularla tanış olacaq.

Mütəxəssis bunu "Far.Az"a açıqlamasında deyib.

"Təyinatdan sonra ilk növbədə məşqçilər korpusunu formalaşdırmalıyam. Heyəti tam dəqiqləşdirdikdən isə sonra futbolçularla tanış olacağam. Kimlərin necə çıxış etdiyini öyrəndikdən sonra müəyyən fikir bildirmək mümkündür", - M.Qurbanov vurğulayıb.

53 yaşlı mütəxəssis yeniyetmə futbolçuların mübarizə apardığı "Sabahın Ulduzları" turnirini də izlədiyini diqqətə çatdırıb:

"Turnirdəki matçları istər stadiondan, istərsə də televiziya vasitəsilə izləyirəm. 14, 15 və 16 yaşlı futbolçular üçün çox yaxşı turnirdir. Oyuna çıxan gənclər öz potensiallarını göstərmək istəyirlər. Yarışda maraqlı oyunlar və perspektivli futbolçular var. Yığmalarla bağlı hazırlıq planı tam təsdiqləndikdən sonra növbəti addımları atacağıq".

Qeyd edək ki, M.Qurbanov ötən gün Azərbaycanın 18 yaşadək futbolçulardan ibarət yığmasının baş məşqçisi təyin olunub.

Oxşar xəbərlər

"Sabahın Ulduzları" layihəsi çərçivəsində imza mərasimi keçirilib
Azərbaycan gimnastları "AGF Trophy" beynəlxalq turnirini 16 medalla başa vurublar
Azərbaycan gimnastları "AGF Trophy" beynəlxalq turnirini 17 medalla başa vurublar
İlham Əliyev Xocavəndin Xanoba kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olub
Prezident İlham Əliyev Bakı Olimpiya Stadionunun ərazisində WUF13 ilə bağlı görülən işlərlə tanış olub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər