Samir Abasov: "Sabah"ın "Hapoel"i keçəcəyinə inanıram"
"Sabah"ın UEFA Çempionlar Liqasının pley-off mərhələsində İsrail təmsilçisi "Hapoel"i (Beer-Şeva) keçəcəyinə inam böyükdür.
Bunu "Far.Az"a açıqlamasında "Neftçi"nin sabiq baş məşqçisi Samir Abasov deyib.
48 yaşlı mütəxəssis rəqibin güclü olduğunu, lakin bir qolun matçın taleyini dəyişə biləcəyini qeyd edib:
"İlk oyunda da göründü ki, "Hapoel" "Sabah"ın əvvəlki rəqiblərinə nisbətən kifayət qədər səviyyəli komandadır. Bunu komandanın baş məşqçisi Valdas Dambrauskas da demişdi. İlk oyunda "Sabah" sona yaxın əldə etdiyi qol imkanını reallaşdırsaydı, hesab fərqli ola bilərdi. Bakıda isə komanda oyunu çevirməli, hücuma atılmalı və qələbə qazanmalıdır. Rəqib "Sabah"ın hücuma keçməyini gözləyərək və boşluqlardan istifadə edərək qol vurmağa çalışacaq. Bu baxımdan cavab oyunu çətin olacaq".
S.Abasov futbolçularda özünəinamın vacibliyini vurğulayıb:
"İnam və oyun təcrübəsi sözünü deyə bilər. Necə ki, III təsnifat mərhələsində "Orhus"a (Danimarka) qarşı Bakıda oynadılar. Bu dəfə də eyni oyunu göstərə bilərlər. Vurulacaq bir qol hər şeyi dəyişə bilər. Bütün bunlara baxmayaraq, "Sabah"ın "Hapoel"i keçəcəyinə inanıram".
Qeyd edək ki, "Sabah" - "Hapoel" matçı bu gün, saat 20:45-də Tofiq Bəhramov adına Respublika stadionunda start götürəcək. Komandalar arasında Rumıniyada keçirilən ilk görüşdə İsrail təmsilçisi 2:1 hesablı qələbə qazanıb.
Oxşar xəbərlər
SOCAR-ın təşkilatçılığı, "Neftçi" və "Galatasaray" klublarının tərəfdaşlığı ilə şəhid və qazi övladları üçün "Futbol günü" adlı tədbir keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Robert Koçaryanın oğullarının adı qalmaqalda: Növbə müğənni gəlininə də çatdı
-
BANM-də bütün ixtisaslar üzrə dövlət sifarişli yerlərə keçid balı 600-dən yüksək olub
-
Ətrafı tullantılarla çirkləndirən "Ford" sürücüsü tənqid edildi
-
Bakı ikinci dəfə "Art Weekend 2026" festivalına ev sahibliyi edəcək
-
Ətrafı tullantılarla çirkləndirən "Ford" sürücüsünə ETSN-dən REAKSİYA
-
"Aston Villa" Rafael Leaunun transferi üçün "Milan"la danışıqlara başlayıb













