Ağdamda sahibkar və şirkət işçisi narkotik vasitə ilə tutulublar
Ağdam rayonunda sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxs və şirkət əməkdaşı həbs ediliblər.
Far.Az "Teleqraf"a istinadən xəbər verir ki, hər iki şəxs Ağdam Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb.
Rayonun Baharlı qəsəbəsində saxlanılan 1991-ci il təvəllüdlü Tahir Nurəddin oğlu Əliyevdən qurudulmuş marixuana aşkar edilib.
O, izahatında göstərib ki, tanışı Elçinlə birlikdə Baharlı qəsəbəsində marixuana çəkib: "Marixuanaya görə Elçinə pul verməmişəm. İlk dəfə olaraq inzibati xəta törətmişəm və tutduğum əməldən peşmanlıq hissi keçirirəm".
Tahir Əliyev kiçik sahibkarlıqla məşğul olub.
Bundan başqa, həmin qəsəbədə keçirilən digər əməliyyat nəticəsində 1984-cü il təvəllüdlü Bilal Fazil oğlu Babayev saxlanılıb. Ondan da qurudulmuş marixuana aşkarlanıb.
Babayev izahatında göstərib ki, tanışı Elçindən 10 manata marixuana alıb və çəkib. O, əvvəllər də bir neçə dəfə Elçindən marixuana aldığını etiraf edib.
Hər iki şəxsin barəsində İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə protokol tərtib edilib və iş baxılması üçün Ağdam Rayon Məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə hər iki şəxs 30 gün müddətinə inzibati qaydada həbs olunublar.
Oxşar xəbərlər
Şəhid olmuş bir qrup hərbi qulluqçu və mülki işçi ölümündən sonra təltif olunub
İlham Əliyev Ağdamda 2-ci yaşayış kompleksinin açılışında iştirak edib
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Silahlı Qüvvələrin bir qrup hərbi qulluqçu təltif edilib
Beş tondan artıq narkotik vasitə məhv edilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Rövşən Məmmədov: Azərbaycan radiosu Sovet dövründə milli düşüncənin qurulmasında əvəzsiz rol oynayıb
-
Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (05.11.2026)
-
Gimnastlarımız Dünya çempionatında mübarizəni davam etdirirlər
-
Tramp administrasiyasında İrana qarşı növbəti addımlarla bağlı fikir ayrılığı yaranıb
-
İşçilərin maaşları artıq bu qaydada ödəniləcək
-
Səməd Vurğunun qohumu Qazaxda bıçaqlandı: "Uşağımı qəssab kimi doğrayıblar"













