Amurda partlayış nəticəsində 5 nəfər ölüb, 132 nəfər yaralanıb - YENİLƏNİB-4
Amur qaz-kimya kompleksinin ərazisindəki yanğın zamanı ölənlərin sayı 5 nəfərə çatıb.
"Report" xəbər verir ki, bu barədə "İzvestiya"nın mənbəyi bildirib.
Xəsarət alanların ümumi sayı 132 nəfərə çatıb. Hazırda Svobodnı şəhər xəstəxanasına 19 nəfər çatdırılıb.
Yaralılardan altısı ağır, daha 13-ü isə orta ağır vəziyyətdədir. Bundan əlavə, 113 nəfər müayinə üçün xəstəxanaya çatdırılıb.
Rusiyada Amur Qaz-Kimya Kompleksinin ərazisində baş verən yanğın nəticəsində 1 nəfər həlak olub, 131 nəfər zərər çəkib.
"Report" Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə ölkənin səhiyyə nazirinin köməkçisi Aleksey Kuznetsov bildirib.
Həlak olan şəxs Çin vətəndaşıdır.
Yaralılardan 19 nəfər xəstəxanaya yerləşdirilib, 6 nəfərin vəziyyəti ağırdır.
A.Kuznetsov 112 zərərçəkənin həkimlər tərəfindən müayinə olunduğunu bildirib.
Amur Qaz Kimya Kompleksində baş vermiş partlayış nəticəsində 1 nəfər həlak olub.
"Report" xəbər verir ki, bu barədə "REN TV" məlumat yayıb.
Xəsarət alanların sayı 87 nəfərə yüksəlib. Hadisənin səbəbləri araşdırılır.
Oxşar xəbərlər
İlham Əliyev Ağdamda 2-ci yaşayış kompleksinin açılışında iştirak edib
Bakı Zooloji Parkında Amur pələngi balaları dünyaya gəlib
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Prezident İlham Əliyev Yevlax Olimpiya İdman Kompleksinin açılışında iştirak edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Burger King" Bakıdan kənarda ilk restoranını Sumqayıtda açdı!
-
"Xilasedici" CEV Çempionlar Liqasında növbəti mərhələyə yüksəlib
-
Serbiyanın kəşfiyyat xidmətinin direktor müavini vəzifəsindən azad edilib
-
Azərbaycan qeyri-neft-qaz ixracını 21 %-ə yaxın artırıb
-
Azərbaycan daxil olmaqla, 50 ölkənin lideri Dublində EPC sammitində bir araya gələcək
-
Qazaxıstan COP31-də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.













