Nə müharibələr, nə pandemiyalar zamanı olmuşdu: Bəşəriyyət azalmaq təhlükəsi ilə üz-üzə
2026-cı ildə dünyada doğum nisbəti tarixdə ilk dəfə olaraq əhalinin təbii çoxalmasını təmin edən səviyyədən aşağı düşə bilər.
Far.Az Oxu.Az-a istinadən xəbər verir ki, professorlar Xesus Fernandes-Vilyaverde (Pensilvaniya Universiteti) və Patrik Norrik (Şimal-Qərb Universiteti) "Terra Incognita: The Economics of a Shrinking World" ("Terra İnkoqnita: Kiçilən dünyanın iqtisadiyyatı") adlı elmi işdə bu qənaətə gəliblər.
"2026-cı ildə, ehtimal ki, dünyada doğum nisbəti əhalinin çoxalmasını təmin edən səviyyədən aşağı düşəcək. Bu, indiyədək heç vaxt baş verməyib - nə müharibələr, nə də pandemiyalar zamanı", - deyə elmi işdə bildirilib.
Alimlərin hesablamalarına görə, hazırda qlobal doğum göstəricisi hər qadına təxminən 2,2 uşaq və ya daha aşağı səviyyədədir. Onlar qeyd ediblər ki, doğum nisbətinin azalması həm kasıb, həm də varlı ölkələrdə geniş şəkildə və sürətlə baş verir. Hətta əvvəllər yüksək doğum nisbətinin müşahidə olunduğu Saharadan cənubda yerləşən Afrika ölkələrində belə bu göstərici sürətlə azalır.
Fernandes-Vilyaverde və Norrik hesab edirlər ki, mövcud tendensiya davam edərsə, dünya əhalisi 2056-cı ilə qədər təxminən 9 milyard nəfərlə pik həddə çatacaq, bundan sonra isə "əvvəlcə yavaş, sonra sürətlə" azalmağa başlayacaq.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
FHN tərəfindən "Yaz-yay fəsillərində sel təhlükəsi" mövzusunda növbəti tədbirlər keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Lənkəranda ağlasığmaz hadisə: Hotelin icarədarı öz işçilərini qarət etdi
-
Bakıda yataqxanadan tələbə qızın meyiti tapıldı
-
"Bitcoin" və "Ethereum" kəskin ucuzlaşıb
-
Azərbaycanda gələcəyin pilotları necə hazırlanırlar? - Qəbələdən maraqlı görüntülər
-
Sabiq nazirə ağır itki üz verdi
-
Fransa DİN: Bütün ölkə boyu etiraz aksiyalarında 106 min nəfər iştirak edib - Yenilənib













