Frank-Valter Ştaynmayer: Almaniyada birinci və ikinci dərəcəli vətəndaş yoxdur
Almaniya Prezidenti Frank-Valter Ştaynmayer Berlində "Almaniyada evimiz. Birlikdə necə yaşayırıq" adlı tədbirdə çıxışında miqrant mənşəli vətəndaşların cəmiyyətdə bərabər hüquqlara malik olduğunu vurğulayıb.
BAKU.WS AZƏRTAC-a istinadən xəbər verir ki, Prezident Almaniyada birinci və ikinci dərəcəli vətəndaşların olmadığını bildirib. O, Almaniya Konstitusiyasının "eyni qandan olan xalq" anlayışını qəbul etmədiyini diqqətə çatdıraraq deyib: "Bizi alman edən nənə-babalarımızın mənşəyi və ya qanımız deyil, vətəndaşlıq, ümumi dil və azadlıq şəraitində birlikdə yaşamaq iradəsidir".
Prezident bildirib ki, Almaniya vətəndaşlığını sonradan əldə edən şəxslərlə doğuşdan Almaniya vətəndaşı olanlar bərabər hüquqlara malikdirlər. Onun sözlərinə görə, vətəndaşlığı kateqoriyalara ayırmaq ölkənin konstitusiya quruluşuna ziddir.
Təhsil, mənzil və səhiyyə xidmətlərinə çıxışın hamı üçün bərabər olmasının vacibliyini qeyd edən Frank-Valter Ştaynmayer Almaniyanın əmək bazarının miqrasiyaya ehtiyac duyduğunu vurğulayıb. "Mən elə bir Almaniya arzulayıram ki, burada hər kəs vətəndaşların bərabərliyi vədinə sadiq qalsın və etnik təcrid xülyalarına qapılan hər kəsi rədd etsin", - deyə Almaniya Prezidenti qeyd edib.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Ət əvəzinə hamı balıq alır - Bazarda SON QİYMƏTLƏR
Leyla Əliyeva və Arzu Əliyeva Berlində MAMA "Ana təbiət" sərgisinin açılışında iştirak ediblər
Bakıda WUF13-ün açılış mərasimi keçirilir, Prezident İlham Əliyev tədbirdə çıxış edib
İlham Əliyev Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinin açılışında iştirak edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Tramp İranla münaqişənin tezliklə başa çatacağını bildirsə də, yeni zərbələri istisna etməyib
-
KXDR Hərbi Dəniz Qüvvələrini yeni sürətli torpedalarla təchiz edəcək
-
Azərbaycan millisinin futbolçusu Lorenzo Mezzoteronun zədəsi ciddidir?
-
Mərkəzi Bankın qərarı kredit faizlərinə necə təsir göstərəcək?
-
COP31 çərçivəsində Xəzərin külək potensialının investisiya imkanları təqdim edilib
-
"Al Arabiya" ABŞ və İran arasında mümkün razılaşmanın detallarını açıqlayıb













