Qəribabadi: İran hələ də müharibə vəziyyətindədir
İran hələ də müharibə vəziyyətindədir.
"Far.Az" "Tasnim"ə istinadən xəbər verir ki, bunu İranın xarici işlər nazirinin müavini Kazım Qəribabadi deyib.
"Hörmüz boğazının ikidən artıq sahilyanı ölkəsi yoxdur və bu iki ölkə yalnız İran İslam Respublikası və Oman Sultanlığıdır", - o xatırladıb.
İran XİN rəsmisinin sözlərinə görə, son müharibələrə qədər Hörmüz boğazında heç bir problem yox idi və İran da bu su yolu ilə bağlı məsələlərə xüsusi diqqət ayırmırdı:
"40 günlük müharibədən sonra İranın strateji diqqəti bu məsələyə yönəlib və biz hələ də müharibə vəziyyətindəyik".
Xatırladaq ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbi əməliyyatlara başlayıb və bir sıra şəhərlərə hava zərbələri endirilib. Həmin gün zərbələr nəticəsində İranın sabiq ali rəhbəri Əli Xamenei öldürülüb. İran buna cavab olaraq İsrail ərazisinə və Fars körfəzi ölkələrindəki ABŞ hərbi bazalarına hücum edib.
İran, ABŞ və onların müttəfiqləri aprelin 8-ə keçən gecə atəşkəs razılaşmasına nail olublar. Tramp sonradan atəşkəsi qeyri-müəyyən müddətə uzadıb.
Tərəflər münaqişəni həll etmək üçün Pakistanda danışıqlar aparıblar, lakin 11-12 apreldə keçirilən ilk raund heç bir nəticə verməyib.
ABŞ ilə İran arasında anlaşma memorandumu iyunun 18-də hər iki ölkənin lideri - Donald Tramp və Məsud Pezeşkian tərəfindən rəqəmsal şəkildə imzalanıb. Lakin iyulun 8-də ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı İranın Hörmüz boğazında üç gəmiyə qarşı hücumlarına cavab olaraq bu ölkəyə zərbə endirildiyini bəyan edib.
Avqustun 2-də Tramp razılaşmanın bağlanması şərtilə İrana planlaşdırılan yeni hücumun ləğv edildiyini açıqlayıb. Hazırda Hörmüz boğazına nəzarətlə bağlı danışıqlar aparılır.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Pezeşkian: Düşmənlər İranı iğtişaşlara sürükləmək istəyir
-
Robert Koçaryanın oğullarının adı qalmaqalda: Növbə müğənni gəlininə də çatdı
-
BANM-də bütün ixtisaslar üzrə dövlət sifarişli yerlərə keçid balı 600-dən yüksək olub
-
Bakı ikinci dəfə "Art Weekend 2026" festivalına ev sahibliyi edəcək
-
"Tvente" "Qarabağ"la oyuna itkilərlə çıxacaq
-
Ətrafı tullantılarla çirkləndirən "Ford" sürücüsünə ETSN-dən REAKSİYA













