Azərbaycan Tacikistan Beynəlxalq Qida Sənayesi Forumunda təmsil olunub
İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO) Tacikistanın paytaxtı Düşənbə şəhərində keçirilmiş Beynəlxalq Qida Sənayesi Forumunda iştirak edib.
"Far.Az" bu barədə AZPROMO-ya ixtinadən məlumat verir.
Bildirilib ki, tədbir çərçivəsində qurumun icraçı direktoru Yusif Abdullayev plenar iclasda, Agentliyin nümayəndəsi isə "Qida sənayesinin investisiya potensialı və istehsalda yeni texnologiyalar" mövzusunda panel sessiyasında çıxış ediblər.
Plenar iclasda forumun qida emalının inkişafı, ixracın genişləndirilməsi, ərzaq təhlükəsizliyinin gücləndirilməsi, beynəlxalq əməkdaşlığın təşviqi baxımından əhəmiyyəti vurğulanıb. Bildirilib ki, Azərbaycanda qida sənayesi qeyri-neft-qaz sektorunun şaxələndirilməsi üzrə prioritet istiqamətlərdən biridir və ölkəmizin kənd təsərrüfatı xammal bazası, nəqliyyat infrastrukturu, sənaye zonaları və aqroparkları bu sahədə yeni əməkdaşlıq imkanları yaradır.
Panel sessiyasında Azərbaycanın qida sənayesinin investisiya potensialı, istehsalda yeni texnologiyaların tətbiqi və ixrac imkanları barədə məlumat verilib. Müzakirələr zamanı Azərbaycan və Tacikistan arasında kənd təsərrüfatı məhsullarının emalı, istehsal texnologiyalarının tətbiqi, eləcə də qarşılıqlı tədarük imkanları üzrə tərəfdaşlıq perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
Tədbir çərçivəsində Azərbaycan Qida və İçki Sənayeçiləri Assosiasiyası (AQİSA) Tacikistanın Sənaye və Yeni Texnologiyalar Nazirliyi yanında "Xurokvori" Dövlət Unitar Müəssisəsi və "Kishvari Sabz" MMC ilə əməkdaşlığa dair iki sənəd imzalayıb. Agentliyin nümayəndələri həmçinin forum çərçivəsində təşkil olunan sərgiyə baxış keçiriblər.
Oxşar xəbərlər
Tacikistan səfiri: Düşənbə və Bakı münasibətləri keyfiyyətcə yeni səviyyəyə yüksəlib
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
Leyla Əliyeva "Mənzərəyə açılan ev" mövzusunda qrup sərgisində iştirak edib
Arzu Əliyeva və Alena Əliyeva "Rənglərdə yaşanan 10 il" mövzusunda keçirilən sərgidə iştirak ediblər
Prezident İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Pezeşkian: Düşmənlər İranı iğtişaşlara sürükləmək istəyir
-
Azərbaycandakı sığorta şirkətlərinin sığorta haqlarının məbləğinə görə renkinqi (Yanvar-iyul, 2026)
-
Bakıda gecə klubunda baş verən yanğın söndürülüb
-
Avtobusların dayanacaq yeri "Gənclik Mall"un qarşısındakı məntəqədən təşkil edilib
-
"Tvente" "Qarabağ"la oyuna itkilərlə çıxacaq
-
"Sabah" UEFA Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazanıb - YENİLƏNİB-11













