"Yuventus"un qapıçısı Mattia Perin "Palermo"ya keçib
Far.Az xəbər saytı

"Yuventus"un qapıçısı Mattia Perin "Palermo"ya keçib


İtaliyanın "Yuventus" klubunun qapıçısı Mattia Perin "Palermo"ya transfer olunub.

"Far.Az" Turin təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, italyalı qolkiper yeni klubu ilə rəsmi müqavilə imzalayıb.

M.Perin 2018-ci ilin yayından "Yuventus"da çıxış edib. Təcrübəli qapıçı Turin təmsilçisinin heyətində bütün turnirlər daxil olmaqla 71 rəsmi oyuna çıxıb.

Qeyd edək ki, M.Perin "Yuventus"un heyətində 4 titul qazanıb. O, komanda ilə 2 dəfə A Seriyasının, 1 dəfə İtaliya Kubokunun və 1 dəfə İtaliya Superkubokunun qalibi olub.

Oxşar xəbərlər

"Sabah" Azərbaycan Kubokunun 2025/2026 mövsümünün qalibi olub - YENİLƏNİB-6
HONOR 600 Seriyasının Azərbaycanda möhtəşəm təqdimatı keçirildi
Qusarda "Media Kuboku-2026" minifutbol turnirinin qalibi müəyyənləşdi
Bakıda WUF13-ün Sessiyasının açılış mərasimi keçirilib, Prezident İlham Əliyev çıxış edib
"Qarabağ"dan ayrılan qapıçı Portuqaliya klubuna transfer oldu

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər