Şakarişvili: Azərbaycan-Özbəkistan əməkdaşlığının genişlənməsi Orta Dəhlizin əhəmiyyətini artırır
Azərbaycan və Özbəkistan arasında əməkdaşlığın genişlənməsi Orta Dəhlizin əhəmiyyətini daha da artırır.
Bunu "Far.Az"un Gürcüstan bürosuna açıqlamasında gürcüstanlı politoloq, "Vahid Neytral Gürcüstan" partiyasının icraçı katibi Vato Şakarişvili bildirib.
Onun sözlərinə görə, dünyada gedən müharibələr fonunda təchizat zəncirləri və ənənəvi nəqliyyat marşrutları əhəmiyyətli dərəcədə dəyişib. Əvvəl mövcud olan ənənəvi marşrutlar ya faktiki olaraq fəaliyyət göstərmir, ya da artıq sabit və təhlükəsiz hesab edilmir. Bu vəziyyət isə Cənubi Qafqazın, xüsusilə Orta Dəhlizin əhəmiyyətini artırır.
Politoloq Mərkəzi Asiya ölkələrinin Orta Dəhlizə marağının artdığını vurğulayıb. O bildirib ki, Azərbaycan-Özbəkistan münasibətlərinin inkişafı ilə yanaşı, həm Gürcüstanla Mərkəzi Asiya ölkələri, həm də Azərbaycanla region dövlətləri arasında əməkdaşlıq genişlənir.
Şakarişvilinin sözlərinə görə, Gürcüstan tərəfdaşlıq və əməkdaşlığı daha da gücləndirməyə hazırdır.
"Bizim partiyanın və düşünürəm ki, bütövlükdə, ölkənin qarşısında duran vəzifə ondan ibarətdir ki, Gürcüstan qarşıdurmalar poliqonu əvəzinə əməkdaşlıq və kooperasiya platformasına çevrilsin. Biz bu ideyaya sadiqik və görürük ki, Azərbaycan hakimiyyəti tərəfindən də eyni yanaşma mövcuddur", - deyə o əlavə edib.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Burger King" Bakıdan kənarda ilk restoranını Sumqayıtda açdı!
-
"Xilasedici" CEV Çempionlar Liqasında növbəti mərhələyə yüksəlib
-
Serbiyanın kəşfiyyat xidmətinin direktor müavini vəzifəsindən azad edilib
-
Azərbaycan qeyri-neft-qaz ixracını 21 %-ə yaxın artırıb
-
Azərbaycan daxil olmaqla, 50 ölkənin lideri Dublində EPC sammitində bir araya gələcək
-
Qazaxıstan COP31-də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.













