Fuad Hüseynəliyev: Media Azərbaycan və Özbəkistan xalqlarını yaxınlaşdırır
Azərbaycan və Özbəkistan mediası əməkdaşlığın dinamik inkişafı sayəsində qarşılıqlı anlaşmanın dərinləşməsində və iki qardaş xalqın daha da yaxınlaşmasında mühüm rol oynayır.
"Far.Az"un Daşkəndə ezam olunmuş müxbirinin verdiyi məlumata görə, bu barədə "Far.Az" İnformasiya Agentliyinin direktoru Fuad Hüseynəliyev Məhəmməd əl-Xarəzmi adına Daşkənd İnformasiya Texnologiyaları Universitetinin tələbələri qarşısında çıxış edərkən bildirib.
"Əməkdaşlığın və informasiya mübadiləsinin müxtəlif formatları mövcuddur. Biz həmçinin televiziya seriallarının mübadiləsini də həyata keçiririk. Bildiyimə görə, artıq Özbəkistanda Azərbaycan seriallarından birinin nümayişinə başlanılıb. Öz növbəsində, Azərbaycanda da Özbəkistan seriallarına maraq göstərirlər. Onlar bizim telekanallarda yayımlanır və tamaşaçılar arasında populyarlıq qazanır", - F.Hüseynəliyev bildirib.
Onun sözlərinə görə, bu cür mübadilə hər iki xalqın bir-birini daha yaxşı tanımasına, mədəniyyət, adət-ənənələr və gündəlik həyatla tanış olmasına imkan verir.
Agentliyin direktoru Azərbaycan və Özbəkistan xalqlarının tarixi yaxınlığına da diqqət çəkib.
"Biz tarixən bir-birimizlə bağlıyıq. Müxtəlif dövrlərdə xalqlarımız eyni dövlət qurumlarının tərkibində olub. Bundan başqa, köklərimiz eyni türk boyuna - oğuzlara gedib çıxır. Məhz buna görə də ana dillərimizdə çox tələsmədən danışdıqda, bir-birimizi kifayət qədər yaxşı başa düşürük", - o izah edib.
F.Hüseynəliyev qeyd edib ki, dil yaxınlığı həm də iki xalq arasında qarşılıqlı anlaşmanın möhkəmlənməsinə kömək edir.
O, Azərbaycan Prezidenti İlham Əliyevin avqustun 23-24-də Özbəkistana dövlət səfərinin və Əbədi dostluq haqqında Müqavilənin imzalanmasının əhəmiyyətini vurğulayıb.
"Hesab edirəm ki, Əbədi dostluq haqqında Müqavilə sadəcə kağız üzərində sənəd olaraq qalmayacaq, çünki o, artıq xalqlarımızın dəstəyini alıb. Xalqlarımız həqiqətən qardaş xalqlardır. Biz bundan sonra da yaxınlaşmağa və qarşılıqlı faydalı, dostluğa əsaslanan gələcəyi birlikdə qurmağa davam edəcəyik", - "Far.Az"un direktoru bildirib.
O, həmçinin azərbaycanlıların Özbəkistana, o cümlədən onun tarixi və memarlıq abidələrinə artan marağını qeyd edib.
"Mənim bir çox tanışlarım Özbəkistanın tarixi və memarlıq abidələrini görmək və çoxəsrlik tarixi haqqında daha çox öyrənmək üçün ölkənizə səfər edirlər", - F.Hüseynəliyev əlavə edib.
Oxşar xəbərlər
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Azərbaycanla Ruanda arasında sənədlər mübadilə olunub, prezidentlər mətbuata bəyanatlarla çıxış edib
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Azərbaycan-Türkmənistan sənədləri mübadilə olunub
Dünya mediası Azərbaycan Prezidentinin IV Şuşa Forumundakı çıxışını işıqlandırmaqda davam edir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Pezeşkian: Düşmənlər İranı iğtişaşlara sürükləmək istəyir
-
Slovakiyada PUA istehsal edən zavodun yandırılmasının qarşısı alınıb
-
"Sabah" UEFA Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazanıb - YENİLƏNİB-11
-
UEFA Çempionlar Liqası: "Sabah" - "Hapoel" oyununda ikinci qol vurulub - YENİLƏNİB-2
-
UEFA Çempionlar Liqası: "Sabah" - "Hapoel" oyununda ikinci qol vurulub
-
Salyanda iki avtomobil toqquşub, bir nəfər ölüb













