Qazaxıstan və Sinqapur Orta Dəhliz çərçivəsində əməkdaşlıq edəcək
Qazaxıstan və Sinqapur əsas diqqəti Orta Dəhlizin inkişafına yönəltməklə multimodal daşımalar, ticarət və rəqəmsallaşdırma sahələrində əməkdaşlığı genişləndirəcək.
"Report"un Qazaxıstan bürosunun məlumatına görə, müvafiq memorandum Qazaxıstanın Baş naziri Oljas Bektenovla Sinqapurun Baş naziri Li Syan Lun arasında keçirilən görüşün yekunları üzrə iki ölkənin şirkətləri – "Middle Corridor Multimodal Ltd" və "Singapore Cooperation Enterprise" arasında imzalanıb.
Sənəd nəqliyyat və ticarət ekosistemlərinin inkişafına müasir yanaşmaların tətbiqini, logistika proseslərinin rəqəmsallaşdırılmasını və multimodal daşımaların səmərəliliyinin artırılmasını nəzərdə tutur. Çin və Mərkəzi Asiya ölkələrini Qazaxıstan, Xəzər dənizi, Azərbaycan və Türkiyə vasitəsilə Avropa bazarları ilə birləşdirən Orta Dəhlizin potensialının açılmasına xüsusi diqqət yetiriləcək.
Görüş zamanı tərəflər həmçinin ticarət-iqtisadi və investisiya əməkdaşlığının gələcəkdə genişləndirilməsi perspektivlərini müzakirə ediblər. 2026-cı ilin ilk altı ayında Qazaxıstan və Sinqapur arasında ticarət dövriyyəsi ötən ilin eyni dövrü ilə müqayisədə 2,5 dəfə artaraq 777 milyon dollara çatıb. 2025-ci ilin yekunlarına görə, Sinqapurdan Qazaxıstana birbaşa xarici investisiyaların ümumi axını təxminən 1,5 milyard dollar təşkil edib.
İkitərəfli əməkdaşlığın perspektivli istiqamətləri sırasında rəqəmsallaşdırma, süni intellekt, aqrosənaye kompleksi və nəqliyyat-logistika sahəsinin də adı çəkilib.
Bundan əlavə, Qazaxıstan və Sinqapur şəhər su ehtiyatları və tullantıların dayanıqlı idarə olunması sahəsində təcrübə mübadiləsini və qazaxıstanlı mütəxəssislərin ixtisasartırmasını nəzərdə tutan əməkdaşlıq sazişi imzalayıblar.
Oxşar xəbərlər
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
MÜSİAD Azərbaycanla VİDAL Özəl Sənaye Məhəlləsi arasında memorandum imzalandı
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
Tacikistan səfiri: Düşənbə və Bakı münasibətləri keyfiyyətcə yeni səviyyəyə yüksəlib - MÜSAHİBƏ
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Sabah" UEFA Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazanıb - YENİLƏNİB-11
-
Slovakiyada PUA istehsal edən zavodun yandırılmasının qarşısı alınıb
-
"Sabah" UEFA Çempionlar Liqasında əsas mərhələyə vəsiqə qazanıb - YENİLƏNİB-11
-
Əbədi dostluq – Azərbaycan-Özbəkistan münasibətlərində yeni tarixi mərhələ
-
Qurban Qurbanov: "Tvente" ilə oyunda azarkeşləri sevindirməyə çalışacağıq"
-
Brent markalı neftin qiyməti bir barel üçün 87 dollardan aşağı düşüb













