İran ABŞ ilə razılaşma barədə Mərkəzi Asiya ölkələri ilə məsləhətləşmələr aparır
İran ABŞ ilə münaqişənin tənzimlənməsinə dair razılaşmanın aspektləri barədə bir sıra Mərkəzi Asiya ölkələri ilə məsləhətləşmələr aparır.
"Report" xəbər verir ki, bu barədə İranın Türkmənistandakı səfiri Əli Müctəba Ruzbəhani brifinqdə bildirib.
"Məlum olduğu kimi, atəşkəs barədə ABŞ ilə razılaşma hələlik tam işləmir. İmzalanmasına baxmayaraq, sənədin bir sıra şərtləri yerinə yetirilmir. Bildiyiniz kimi, razılaşma Pakistan, Qətər və Türkiyənin dəstəyi ilə qəbul edilib. Əlbəttə ki, ABŞ və vasitəçilər tərəfindən üzərinə götürülmüş öhdəliklərin tam yerinə yetirilməsi zəruridir. Biz Pakistanla danışıqlar və Mərkəzi Asiya ölkələri ilə məsləhətləşmələr aparırıq", - o bildirib.
Diplomatın sözlərinə görə, ABŞ rəhbərliyi tərəfindən hələlik heç bir addım atılmayıb.
"Bununla əlaqədar biz ABŞ tərəfindən hərbi təcavüzün növbəti addımlarını dəf etmək üçün hazırlıq vəziyyətindəyik", - o dəqiqləşdirib.
Oxşar xəbərlər
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Sabah" UEFA Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazanıb - YENİLƏNİB-11
-
Slovakiyada PUA istehsal edən zavodun yandırılmasının qarşısı alınıb
-
Əbədi dostluq – Azərbaycan-Özbəkistan münasibətlərində yeni tarixi mərhələ
-
Qurban Qurbanov: "Tvente" ilə oyunda azarkeşləri sevindirməyə çalışacağıq"
-
Brent markalı neftin qiyməti bir barel üçün 87 dollardan aşağı düşüb
-
"Lufthansa" aviaşirkətinin Dehliyə uçan təyyarəsi Bakıda eniş edib













